Ölkə
“Bəzi müəllimlərin açıq-saçıq geyimi şagirdlərə mənfi təsir göstərir"
12-10-2015, 19:49
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.
O bildirib ki, belələrinin arasında çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar: “Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey demək deyilsə də qeyd etdiyim bir çox faktorları güclü səciyyələndirir. Bu zaman müəllimin davranışının, danışığının, jest və mimikasının, maneralarının onun xarici görünüşü ilə vəhdət təşkil etdiyini unutmaq olmaz”.
M.Vəliyeva qeyd edib ki, müəllimlərin vahid forma geyinməsinin tərəfdarı deyil: “Müəllimlərin görünüşündə açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, uzun saqqal və sair kimi amillər yolverilməzdir. Nəzərə çatdırım ki, təhsil nazirinin 16 may, 2014-cü il tarixli, 600 saylı əmri ilə "Müəllimlərin etik davranış qaydaları" təsdiq olunub. Bu və digər məsələlər həmin qaydalarda öz əksini tapıb. Müəllimlərin bu qaydaları oxumaları və oradakı tələblərə əməl etmələri çox vacibdir”.