Maraqlı

Dəmli çayın zərəri

27-04-2016, 20:44
Dəmli çayın zərəriDəmli, qara çay sudan sonra ən çox qəbul edilən mayedir. Elə bir öynə ola bilməz ki, çay süfrəsinin bəzəyi olmasın. 
Çay təkibinə görə yaşıl, ağ və qara olur. Ancaq ən çox istifadə edilən qara çay yaşıl və ağ çaydan daha fərqli xüsusiyyətə malikdir. Qara çay istehsalı edilərkən digər çaylara nisbətən bitkinin yarpaqları daha çox oksidlənir. Bu səbəblə də dəm və dad olaraq digər çaylardan daha sıx bir dada sahib olur. Qara çay üçün çay yarpaqları daha çox oksidləşdiyi üçün qida dəyəri düşür. Çayın insan sağlamlığına faydaları olduqca çoxdur.
Ancaq gün içində 3 fincandan çox dəmli çay içmək bəzi narahatlıqlara yol aça bilər.
Dəmli çayın zərərləri
Çay yeməklə eyni anda içildiyində qbul edilən qidaların dəmir qatılığını yuyub aparır. Bədəndə yaşanan dəmir əskikliyi anemiya yol aça bilər.
Gündə 3 fincandan daha çox çay içən adam su içmə ehtiyacı hiss etməz. Ancaq çay bədənin su ehtiyacını qarşılamaz. Başqa ilə suyun faydalarından faydalanmaq mümkün olmaz.
Dəmli çayın zərərləri
Gün içində çox içilən dəmli çay yuxu problemlərinə yol aça bilər.
Dəmli çay sinir sistemini mənfi təsir edərək əsəbilik və stress kimi problemlərə yol aça bilər.
Nizamsız qidalanma və həddindən artıq dəmli çay qıbulu qəbizliyə yol aça bilər.
Çayın tərkibində oksalat olduğu üçün böyrəklərində daş və qum olanlara tövsiyə edilməyən bir içkidir.
Dəmli çay hipertansiyona yol aça bilər.
Həddindən artıq və dəmli çay qəbul edən kəslərdə irəli yaşlarda əl titrəməsi meydana gələ bilər.
Diabet xəstələri üçün təklif edilməyən bir içkidir. 
Dəmli çay ı ağız sağlamlığına da mənfi təsir edir. Dişlərin saralmasına və ləkə meydana gəlməsinə gətirib çıxarar.
Dəmli və şəkərli çay içənlərdə diş çürüyü ehtimalı daha yüksəkdir.
Dəmli çay qan laxtalanmasını azalda bilər.
Dəmli və həddindən artıq qəbul edilən çay ürək çarpıntısına yol aça bilər.
Dəmli çay qlaukoma şikayətlərini artırar.
Sidik ilə birlikdə bədəndə daha çox kalsium atılmasına yol açaraq sümük əriməsi xəstəliyinin daha tez irəliləməsinə səbəb ola bilər.
Kafeinli bir içki olduğu üçün hamiləlik və əmizdirmə dövründə çox qəbulu tövsiyə edilməz.
Çayı dəmli və isti içmək qırtlaq xərçəngi, ağız içində qıcıqlanma kimi bəzi problemlərə yol aça bilər. Bu səbəblə həddindən artıq isti və dəmli çay içməkdən çəkinmək lazımdır.
Dəmli çayın faydaları
Çay kifayət qədər qəbul edildiyində ürək və damar sağlamlığını qoruyur.
İflic və infarkt kimi ciddi riskləri azaldır.
Antioksidan baxımından zəngin bir məzmuna malikdir.
Zehni açan təsiri var.
Xüsusilə idman ya da məşqdən əvvəl içilən bir fincan çay bədənə enerji verir.
Qan damarlarını aktiv bir şəkildə işlədər.
Prostata qarşı faydalı təsiri var.
Çay spirtin qaraciyərə verdiyi ziyanı minimuma endirir.
Kişinin ən yaxşı və ən yaxın dostudur.
anaveusaq.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]