Yaşam

Rəqsanəyə ağır itki üz verdi

27-02-2016, 01:32
Rəqsanəyə ağır itki üz verdi

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. 

Oxu.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb:

"Məni sevənlər, dəyər verdiklərim, bu aralar çəkə bilmədiyim bir dərd məni üstələdi. Elə şeylər var ki, yaza bilmirəm, amma ürəyim doludur. Çox yaxın bir itki yaşadım. Yazmaq da, demək də, çox çətindir. Artıq on gün keçib, amma ayağa durmalıyam və olanlarla barışmalıyam.

Allah səbr verəndir. Tanrım heç kimə acı dərd göstərməsin. Vaxt gələr bir gün yaşadığım bu dərdləri sizinlə bölüşərəm. Amma indi hazır deyiləm. Bunları yazdım, az da olsa, rahatlıq tapdım”.

Qeyd edək ki, ifaçı hələ ki itki barəsində açıqlama verməkdən imtina edir. Rəqsanə İsmayılova yaxın günlərdə bu haqda ətraflı danışacağını bildirir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]