Maraqlı

Rəqsanədən hamiləlik xəbərinə – AÇIQLAMA

19-01-2016, 16:06
Rəqsanədən hamiləlik xəbərinə – AÇIQLAMA

Bu gün mətbuatda tanınmış müğənni Rəqsanə İsmayılovanın üçüncü dəfə ana olmağa hazırlaşması xəbəri yayılıb.

Xeberman.com  məlumat verir ki, xəbərdə müğənninin ana olmaq üçün xeyli müddətdir ki, müalicə aldığı və süni mayalanma üçün Türkiyəyə getdiyi də deyilir.

Medianı silkələyən bu xəbərə Rəqsanə xanım biganə qalmayıb. 

Müğənninin Oxu.Az-a açıqlamasını təqdim edirik:

"Mən hamilə deyiləm, ana olmağa hazırlaşmıram. Bu, doğru məlumat deyil. O ki qaldı, süni yolla ana olmağa, mənim süni mayalandırma etdirməyə də ehtiyacım yoxdur. Heç kim ağlına gələni götürüb yazmasın. Ana olmaq ən gözəl duyğudur. 3-cü dəfə bu xoşbəxtliyi dadmaq qismət olanda mediaya açıqlama verəcəm. Heç kim narahat olmasın”.

Xatırladaq ki, müğənni Rəqsanə İsmayılova ailəlidir. Tanınmış modelyerAysun və Yağmur (məktəbli) adlı iki qız anasıdır.

Aytən Sadıqzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]