Yaşam

Prodüserdən pul qalmaqalına münasibət: “Röyanın adı ilə bağlı...”

5-02-2016, 13:00
Əməkdar artist Röya Ayxanın prodüseri Kənan Bayramovla yollarını ayırması haqda mətbuatda məlumat yayılıb.  Buna səbəb olaraq, Kənanın Röyanı maliyyə baxımından aldatması göstərilir. 

Musavat.com məsələ ilə bağlı prodüser Kənan Bayramovla əlaqə saxlayıb. Prodüser bildirib ki, yayılan məlumatlar əsassızdır: "Bu haqda  Röya da açıqlama verib. Bu, yalan məlumatdır. Məni tanıyan tanıyır, bilirlər ki, mənim pul barədə heç kimlə problem yaşamaram. Mənim qalmaqal yaşayan, bu cür xəbərlərə reaksiya verən yaşım deyil. Məni tanımayan jurnalist  nə məqsədlə bu xəbəri yazdığını bilmirəm. Əminəm ki, məni pis vəziyyətdə qoymaq üçün yazmayıb.  Röyaya da pis söz yazmayıb. Yəqin ki, bu xəbəri yazmaqda onun məqsədi  reytinq yığmaqdır. Məlum məsələdir ki, Röyanın adı ilə bağlı xəbərlər daha çox oxunur”.

Məsələ ilə bağlı PrimeTime.az saytına açıqlama verən  Röya da xəbəri təkzib edib: "Hər kəs bilsin ki, işçilərimə toxunan mənə toxunur. Mən çox ağıllı qadınam və ətrafımda məni sevən, mənə xidmət və hörmət edən adamlar var, olub və olacaq da. Hər kəs ağlına gələni danışmasın. Çünki bundan sonra cavab verməli olacaqlar.Mən işçilərimi ovcumda saxlayıram. Yeri gələndə, işçilərim öz pullarını belə mənə xərcləyirlər. Bizim ətrafımızda "pul atmaq" söhbəti olmayıb, ola da bilməz. O ki qaldı Kənanla küsülü olmaq məsələmizə, bunun heç kimə aidiyyatı yoxdur. Biz illərdir küsmüşük də barışmışıq da. Bu o demək deyil ki, Kənan mənə qarşı belə səhv edib. Bizim komandada hər kəs sadiq insandır".

Qeyd edək ki, Röya ilə Kənan Bayramovun yollarını ayırması xəbərini ölkə.az saytı yayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]