Mədəniyyət

“Utanıram, evdə hamıya mən baxıram“ - Röya

24-12-2015, 18:08
Xeyriyyə tədbirlərinin birinə qatılan müğənni Röya Ayxan jurnalistlərin suallarını cavablandırıb. 

Axşam.az-ın məlumatına görə, ifaçı son dövrlər baş verən bahalaşmadan danışıb. Röya özü ilə də bağlı maraqlı etiraflar edib:
 
"Bu il, düzdür, bir az çətin başlayıb. Bunu deməyə haqqım var, çünki seçilən insanlardan biriyəm. Heç kim fikirləşməsin ki, təkdir. Hamının əziyyəti var. Sadəcə, bu, böyük sınaqdır. Bir ailədə bir adam yox, bundan sonra bütün dünyadakı kimi 5 adamın 5-i də işləməlidir. Bizdə necədir? Utanıram da deməyə, təkcə mən işləyirəm və hamıya mən baxıram. Kimisə əsgərliyə aparırlar, məni axtarırlar, ərə gedirlər cehiz üçün məni yığırlar. Amma bəlkə də bu bir sınaqdır ki, artıq bizim gəncimiz də, yaşlımız da işləyəcək. Hamıya səbr arzulayıram. Üzümüzə gələn il qırmızı meymun ilidir, şıltaqdır. Ona görə də, yaxşı yaşayacağıq. Ən əsası, sağlam dövlətik, qədrimizi bilək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]