Şou-biznes / Yazarlar

Jurnalist Elza Seyidcahana səmimi məktub yazıb sağlam tənqid etdi

21-05-2017, 13:29

Şou əhli gündəmi təzələmək üçün hər dəfə dəridən-qabıqdan çıxır.

Amma bunların içində bir ağıllısı yoxdur ki, bunlara başa salsın ki, ay bala, gündəmə gəlmək üçün yaxşı söz seçmək və sözə uyğun da musiqi yazdırmaq lazımdır.

Şou əhlindən olduqca yanıqlıyam.Amma söhbətə körpü salmaq üçün Elza Seyidcahandan başlamağı lazım bildim.

Elza xanım taykeş geyinib, bir-birindən zövqsüz şlyapalarını reklam edir.Hələ mən onun saç priçoskalarını demirəm.

Onun qeyri-adi priçoskalarını görəndə yadıma orta məktəbdə sinif yoldaşlarımın bir-birinə dediyi "kompiliment" düşür. Sinif yoldaşlarım Elzanın priçoskaları kimi priçoska görəndə deyərdi: - Qağa, yəqin sənin başında fen partlayıb.

Doğru sözümdür. Elzanı hər dəfə bir əndərbadi priçoskada görəndə yadıma fen məsələsi düşür.

Adama deyərlər, onun priçoskasında nə işin var.

Öz aramızdır, priçoska özünün, baş özünün. Necə istəyər, elə də edər.

Məni yandıran bilirsiniz nədir?

Söz yığınına öz ağlıyla şeir deməsi. Ay başına dönüm, sən heç bilirsən şeir nədir, hansı rəngdə olur?

Bəxtin gətirdi ki, səndən soruşmadım poeziya nədir.
Bir az vaxtım olsaydı, işimi-gücümü atıb sənin orta məktəbdə qiymətlərinlə maraqlanmaq istərdim.

Görüm sən orta məktəbdə ədəbiyyatan hansı qiymətləri almısan. Bu günə qədər orta məktəb dərsliyində olan hansı şeiri əzbər bilirsən.

Gündə bir mənasız "şeir" yazıb saytlarda dərc etdirisən.

Sayt rəhbərləri də bu mənasız şeirləri saytların xəbər manşetlərinə qoyub "oxucularına" bəxş edilər.


Bu arada, hörmətli Elza xanım, nəzərinizə yetirim ki, o şeirləri oxuyan normal oxucu sizə hansı reaksiyanı verir, desəm, bəlkə də, inanmayacaqsınız.

Müğənni kimi az-çox olan hörmətinizi də itirirsiniz.

“Qadın bir şey istəyir”, “Quqqulu qu”, “Zad qalmışam, zad” yazmaqla özünüzə nə yazmaq istədiyiniz barədə sual vermisinizmi?

Əgər özünüzə sual verə bilmirsinizsə, mən sizə bir sual verim.

-Siz öz işinizlə məşğul ola bilərsiniz?

Təhminə Şeneldi

Administratorla əlaqə

077 611-55-22

[email protected]