Siyasət

Vergilər nazirinin vitse-prezidentlik yolu bağlandı - Təfsilat

6-10-2016, 23:51
Vergilər naziri Fazil Məmmədov üçün vitse-prezidentlik yolu bağlandı 

Bu barədə Politika.Az-a mötəbər mənbədən məlumat daxil olub.

Qaynağımız iddia edir ki, nazir yeni posta göz diksə də, onun bu vəzifəyə təyin olunması məqbul sayılmayıb. F.Məmmədov uzun müddət vitse-prezidentlik üçün minnətçi düşüb. Ancaq nazirin ümidləri dəfn olunub.

Digər tərəfdən onun səhhətindəki vəziyyət də imkan vermir ki, yeni vitse-prezident olsun. Xatırlayırsınızsa, nazir referendumda səs vermək üçün seçki məntəqəsinə gələ bilməmişdi. 

Bu barədə heç də adi xəbər saytı yox, "Report” agentliyi məlumat yaymışdı. Buna görə də, nazir mühafizəçisini qeydiyyatda olduğu 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsinə göndərib. 

Mühafizəçi məntəqə sədrinə nazirin səhhəti ilə bağlı arayış təqdim edib. Bundan sonra F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib. F.Məmmədovun səhhətində ciddi bir problem olub ki, o, hətta seçki məntəqəsinə belə gələ bilməyib.

Bir neçə il əvvəl F.Məmmədovun ağır xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat yayılmışdı. Onun vaxtaşırı Almaniyada müalicə aldığı da bildirilirdi. Odur ki, vergi nazirinin vitse-prezidentliyə gedən bütün yollarının qapandığını söyləmək olar. 

Ümumiyyətlə, oliqarx-nazirlər arasında qeyri-rəsmi rəqabət, didişmə və iqtidar kluarlarında ciddi şəkildə pərdəarxası mübarizə gedir. Vitse-prezidentliyə iddialı nazirlərin ambisiyası artıq bir-birinin qulağına da çatıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]