Siyasət

Vitse-prezident postu uğrunda savaş çoxdan başlayıbmış - təfsilat

20-07-2016, 01:17
Məmurların agentura şəbəkəsi məlum dəyişiklikdən ictimaiyyətdən öncə xəbərdar olub

Yaxın gələcəkdə Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi planlaşdırılır. Nəzərdə tuutlan dəyişikliklərdən biri virse-prezidentlik institutunun formalaşması, bu institutun prezidentlik institutundan sonra ikinci mühüm mövqe halına gətirilməsidir. 

Bugünlərdə məsələ ilə bağlı Politika.Az-a məlumat verən özəl mənbə indi ictimaiyyiləşən məlum dəyişikliyin bəlli bir müddətdir ki, məmurlar arasında ciddi savaşa səbəb olduğunu bildirib. Mənbənin sözlərinə görə, konstitusiyada nəzərdə tutulan dəyişikliklər hələ hazırlanma mərhələsində olan zaman siyasi elitanın bir çox nümayəndəsi şəxsi agentura şəbəkələri vasitəsi ilə vitse-prezidentlik institutunun yaradılacağından xəbər tutub. Bundan sonra bir çox nazir, nazir müavini, icra başçısı və general bu posta özünün və ya özünə yaxın olan şəxslərin namizədliyini irəli sürmək üçün hərəkətə keçib. Prezidentdən sonra ikinci və ya üçüncü fiqur olmaq uğrunda başlayan savaş kifayət qədər ziddiyyətlərin olduğu hakim düşərgədə yeni bir parçalanma və qütbləşməyə səbəb olub. Hakimiyyət daxilindəki müansibətlərin gərginləşməsinə yol açan yeni dəyişiklik öz səlahiyyət və siyasi nüfuzunu genişləndirmək uğrunda durmadan mübarizə aparan məmur kontingentini əvvəlki dönəmlərdən fərqli olaraq daha sərt formada üz-üzə qoyub. 

Bilgili qaynağın sözlərinə görə, bu savaşda hələlik hansı məmur və ya məmur ittifaqının qalib gələcəyi hələ bəlli olmasa da, vitse-prezidentlik institu uğrunda mübarizənin hər zaman aktul olacağı birmənalıdır. Bu institutun siyasi sistem və ölkə idarəçiliyinə hansı töhfə verəcəyini isə zaman göstərəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]