Siyasət

Referendum mitinqi də müxalifəti birləşdirə bilmədi

1-09-2016, 02:11
Müxalifət referendum mitinqlərinə də parçalanmış şəkildə gedir

Milli Şura sentyabrın 11-də icazəli aksiya keçirmək qərarı verib, Müsavat Partiyası isə hələ ki mitinq vaxtını təyn etməyib. 

Politika.Az-ın Analitik Mərkəzinin verdiyi xəbərə görə, 2013-cü ildən bəri birləşə bilməyən müxalif qüvvələr yenə də pərakəndə şəkildə mübarizəyə start verib.
Ümumxalq səsverməsinə müxalif təşkilatlar ümummilli maraqlar naminə vahid mövqedən çıxışa edə bilmirlər. 

Milli Şura platforması altında AXCP öz mitinqini keçirir, Müsavat isə ayrıca nümayişə hazırlaşır. REAL-ın isə hansı planları olduğu qeyri-müəyyəndir. 

Xalqı öz taleyi ilə bağlı səsvermədə iştiraka çağıran müxalifət elə bu xalq qədər həmrəylik nümayiş etdirməyi bacarmır. Azərbaycan xalqı bütün seçkiləri boykot edib: nə iqtidarın, nə müxalifətin çağırışlarına əhəmiyyət verir. 

Lakin hər seçki mərhələsində müxalifət seçki mühitini nəzərə almadan belə iştiraka qərar verir. Söhbət seçkiləri boykot etmək təklifindən getmir. Sadəcə, xalqı seçkilərdə iştirak dəvət etməklə göstərdikləri prinsipsizlik, qətiyyətsizlik tərs mütənasibdir. 

Xalqın gözü tərəzidir və 1993-cü ildən bəri vahid qüvvəyə çevrilə bilməyən müxalifətə daha şans vermək istəmir. Ona görə də bu mitinqlərin də seyrək keçəcəyi, kütləviliyin təmin olunmayacağı aydındır. 

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, yenə də hakim partiya rəsmiləri mitinqlərdə 200-300 adamın iştirak etdiyini deyərək haqlı arqumentlərlə çıxış edəcəklər. 

Müxalifət isə mitinqlərdə on minlərlə fəalın olduğunu iddia edərək medianın dəstəyi hesabına vəziyyətdən çıxmağa çalışacaq. 

Halbuki, xalq Milli Şuranın yoxsa Müsavatın mitinqlərində iştirak etsin, bilmir. Beləliklə, müxalifət parçalanıb, dağılıb, pərən-pərən düşüb və üstəlik xalqın mənafeyi ilə bağlı məsələdə də birgə mitinq keçirmək qərarı verə bilmir. 

Sanki birlikdə mitinq keçirilsə, hansısa qüvvə daha üstün görünəcək. Belədə cəmiyyətin düşünmək haqqı var ki mövcud müxalifət iqtidar olacağı təqdirdə idarəçilikdə xaos mümkündür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]