Siyasət

Milli Şuraya mitinq icazəsindəki gözəgörünməz - Gizlinlər

11-09-2016, 00:28
Milli Şuranın mitinqinə icazə verildi; Hakimiyyət müxalifətə ismarıc göndərdi ki "bu meydan, bu şeytan”...

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, sentyabrın 11-də keçiriləcək mitinq müxalifət üçün bir eksperimentdir. Hakimiyyət onun qüvvəsini sınağa çəkir. 
Eyni zamanda iqtidar xalqın əhval-ruhiyyəsini öyrənmək üçün nəbz yoxlaması aparır. İqtisadi böhranın dərinləşdiyi və manatın ucuzlaşdığı vaxtda, bahalaşma getdiyi zamanda xalqın narazılıq dozasına baxılacaq. 

Hakimiyyət arxayındır ki mitinqə yüz minlərlə insan qatılmayacaq. Nəticədə müxalifətə qarşı inamsızlıq daha da artacaq, cəmiyyətin mübarizə ruhu öləcək, Qərbə demokratiya, sərbəst toplaşma azadlığının təcəssümü nümayiş etdiriləcək. 

Politika.Az xəbər verir ki, müxalifətin son 8 ildəki fəaliyyətinə xitam verilmiş demək olar. İki referendum görmüş demokratik düşərgə hər ümumxalq səsverməsi ərəfəsində öləziymiş vəziyyətdə yaxalanır. 

Partiyaların 26 sentyabr referendumuna gücsüz və taqətsiz getdiyini söyləmək mümkündür. 2009-cu ildə keçirilən referendumda müxalifət 2005-ci il şokundan ayılmamışdı. Partiyalar 2006-cı ildən başlayaraq ümidsizliyə qapılmış və həbslərlə tam zəif vəziyyətə salınmışdı.

2008-ci il prezident seçkilərində də hər hansı qüvvə ilə meydana çıxa bilməyən müxalifət bu dövrəni boşa vermiş oldu. Yəni gücünü toparlamağa, enerjisini bərpa etməyə nə zaman yetdi, nə psixoloji hazırlığı oldu. Artıq 8 il geridə qalıb və 2016-cı ildə növbəti referendumdur. Müxalifət 2008-ci ildəki ovqatından fərqlənmir. 

2013-cü ildəki siyasi şoudan sonra dağılmış, bir-birini satqın, xəyanətkar çıxarmış qüvvələr, Milli Şuradan qopmuş təşkilatların təması qeyri-mümkündür. Bu da hakimiyyətə yenə də divident qazandırır ki asanlıqla referendum təşkil etsin. Ona görə də Milli Şuranın bu mitinqi hakimiyyəti narahat etmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]