Siyasət

Nurçu deputatlar niyə qovulmur? - Sensasion iddialar/Siyahı

15-08-2016, 20:04

Milli Məclisdəki nurçuların kimliyi yenidən aktuallaşıb. Politika.Az xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırımın Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədən siyahının yenilənərək təqdim olunmasını xahiş edib. Bu haqda artıq mediada xəbərlər tirajlanıb.

Bir neçə il qabaq ifşa olunan nurçular - Ceyhun Osmanlı, Elnur Aslanov, Elşad İsgəndərov və Fərhad Məmmədov Türkiyə üçün yetərli olmayıb. Onların hakim komandadan qovulmasına rəğmən AKP hökuməti parlamentdə qalan digər azərbaycanlı nurçuların da zərərsizləşdirilməsini tələb edir.

Politika.Az-a daxil olan xəbərə görə, Milli Məclisdə nurçu təriqətinə sitayiş edən millət vəkillərindən kimlərin olduğu mərkəzi dairələrə məlumdur. Lakin onların qəflətən mandatsız qoyulması və de-şifrə olunması arzu olunmur. Çünki hakimiyyətin maraqlarına uyğun olan həmin deputatlar olduqca fəaldırlar və kifayət qədər nüfuzludurlar.

Türkiyənin Azərbaycanda belə ağır tələbi rəsmi Bakını seçim qarşısında qoyub. Üstəlik, rəsmi Ankaranın Qarabağ münaqişəsinin həllində aktivlik nümayiş etdirməsi Azərbaycan tərəfinin»Axilles dabanı»na toxunmaq qədər həssas siyasətdir.

Rəsmi Bakı hsab edir ki, Türkiyənin içşğal olunmuş ərazilərin qaytarılmasında göstərdiyi fəallığa qarşılıq olaraq tələb etdiyi nurçu deputatları qurban vermək lazımdır. Ancaq hakimiyyət «yaman yerdə axşamladıq» deyə düşünür və məhz sözügedən nurçu millət vəkillərini komandadan uzaqlaşdırmaq istəmir.

Mənbənin Politika.Az-a dediklərinə görə, həmin deputatlar həqiqətən də ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır, iqtidarın siyasi kursunu və gündəmini yarada bilir. Onların «vurulması» və Gülənçi damğası ilə qovulması gözlənilməz fors-major vəziyyət yarada bilər.

Qaynağımız qeyd edir ki, hakimiyyət mərhələli şəkildə prosesi reallaşdırmağı və baş nazirin Şeyxə etdiyi xahişi tədricən həyata keçirməyi planlaşdırır. Bu halda ictimai rəydə səs-küysüz və başqa süni bir olayın adı altında həmin deputatlarla vidalaşmaq olar. Hazırda onların sayının 6-7 nəfər olduğu qeyd edilir. Amma siyahıda aıd keçənlərin əksəriyyəti iddiaları təbii ki, rədd edib.

Xatırladaq ki, 2014-cü ildə Qənirə Paşayeva, Fuad Muradov, Fazil Mustafanın adı Gülənlə əlaqədə hallanıb. Onlar hər biri ayrı-ayrılıqda nurçu olduqlarını təkzib ediblər.

Həmçinin, siyahıda Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun, ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovun, dini komitənin keçmiş sədri Elşad İsgəndərovun, onun müavini Gündüz İsmayılovun, gənclər və idman nazirinin müavini İntiqam Babayevin, sabiq millət vəkili Ceyhun Osmanlının, Strateji Araşdırmalar Mərkəzinin eks-sədri Fərhad Məmmədovun, Gənclər Fondunun sədri Fərhad Hacıyevin və digərlərinin adları hallanıb

Administratorla əlaqə

077 611-55-22

[email protected]