Ölkə

“FETO” qalaları: “Qafqaz” və “Zaman”ın bağlanmasının şok təfərrüatı

21-07-2016, 00:52
Azərbaycanda Fətullah Gülənin son qalaları da yıxıldı. "Zaman Azərbaycan” qəzeti və Qafqaz universiteti qapadıldı...

Xeberman.com Politika.Az-ın əldə etdiyi özəl məlumatda qeyd olunur ki, türk liseylərinin bağlanmasının ardından fəaliyyətinə xitam veriləcəyi gözlənilən iki müəssisə işini davam etdirə bilmişdi. 

Bu gün hər iki Gülən qalası alındı. Türkiyədəki hərbi çevrilişə cəhdin təşkilində ittiham olunan və ABŞ-dan ekstradisiyası tələb edilən Fətullah Gülənin Bakıda elektoratı qalmadı. Gözlənilən və yerində idi. 

Əslində, proses daha qabaqdan başlanmışdı; Bakıdakı nurçu şəbəkəsi ifşa edildi, bu təriqətin onlarla sıravi üzvü saxlandı, yüksək vəzifə tutan Gülənçi kadrlar hakimiyyətdən uzaqlaşdırıldı. 

Prezident Administrasiyasında Elnur Aslanov, Milli Məclisdə Ceyhun Osmanlı, Dini Komitədə Elşad İsgəndərov Gülən hərəkatının əsas lokomotivi kimi de-şifrə olundu. 
Hətta keçmiş PA rəsmisinin Gülənə "hocam” xitabı ilə yazdığı məktubu daüzə çıxmışdı. Ardınca Ərdoğanıın xahişi ilə Azərbaycanda Gülən məktəbləri bağlandı, onların qida, əczaçılıq, tikinti və təhsil sektoru zərərsizləşdirildi. 

Ekspertlərin fikrincə, Türkiyə hökumətinin terror təşkilatı elan etdiyi "FETO”nun Azərbaycandakı şəbəkəsinin sıradan çıxarılması qardaş ölkəyə böyük bir dost əli uzatmaqdır. 

O baxımdan hərbi qiyama cəhd olayından sonra Azərbaycanda Gülənin Qafqaz universiteti və Zaman qəzetinin bağlanması da təəccüblu hadisə deyil. Bu müəssisələrin Gülən hərəkatının nəzarətində olduğunu təsdiqləyən haqda hər hansı rəsmi informasiya olmasa da, illərdir bu reallığı bilməyən də yoxdur. Beləcə, Türkiyəyə ciddi bir jest olaraq bu iki obyektin də qapıları möhürləndi...

Administratorla əlaqə

077 611-55-22

[email protected]