Siyasət

Yeni başçının təftiş qərarı icra nümayəndələrini səksəkəyə salıb

25-07-2016, 14:07

Diplomlular da qorxur, diplomsuzlar da...

Laçın Rayon İcra Hakimiyyətinin yeni təyin edilən başçısı Aqil Nəzərlinin təftiş qərarı icra nümayəndələrini səksəkəyə salıb.

Bu barədə Politika.Az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, artıq icra hakimiyyətinin mərkəzi aparatında ciddi dəyişikliklərin anonsunu verən A.Nəzərli, yerlərdəki icra nümayəndəliklərinin fəaliyyəti ilə yanaşı, onların diplomlarının da təftiş edilməsinə qərar verib. 

Ali təhsil diplomu olmayan, yaxud fəaliyyətində müəyyən qüsur aşkarlanan icra nümayəndələrinin vəzifədən azad ediləcəyi gözlənilir. 

Bilgili qaynağın sözlərinə görə, A.Nəzərlinin məsələni bu şəkildə qoyması həm diplomlu, həm də diplomsuz icra nümayəndələrinin narahatlığına səbəb olub. 

Belə ki, diplomsuzlar diplomları olmadıqları üçün, diplomlular isə fəaliyyətləri ilə icra başçısını razı sala bilməyəcəkləri üçün işdən qovulacaqlarından ehtiyat edir. İcra nümayəndələrinin yaşadığı bu qorxunun onlara nə dərəcədə faydalı olacağını isə zaman göstərəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]