İdman

Ölkədəki bütün Olimpiya Kompleksləri təftiş olunacaq - təfsilat

13-08-2016, 21:45

Rio uğursuzluğu «unudulan» idman müəssisələrini yada salıb.

Yaxın günlərdə ölkədəki bütün Olimpiya Komplekslərinin təftişinə start veriləcək.

Bu barədə Politika.Az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Azərbaycan idmançılarının Rio olimpiyadasındakı uğursuz çıxışları əyalətlərdə yerləşən və çoxdan unudulan idman komplekslərini yada salıb. Uğursuzluq bu müəssisələrin təftişi zərurətini meydana çıxarıb ki, buna səbəb bir çox rayonda Olimpiya Komplekslərinin istifadəsiz qalması, bəzi rayonlarda isə fərqli təyinatla istifadə edilməsidir. Xüsusilə də, bəzi Olimpiya Komplekslərindən alqı-satqı mərkəzi, kafe və s. kimi istifadə edilməsi ilə bağlı informasiyalar səslənir ki, təftiş zamanı bu informasiyalara da aydınlıq gətiriləcək.

Mənbənin sözlərinə görə, təftiş nəticəsində yerlərdəki Olimpiya Komplekslərinin bir çoxunun rəhbərinin vəzifədən azad ediləcəyi, bu kompleksləri işlək vəziyyətə gətirmək üçün sistemli addımların atılacağı gözlənilir. (Politika.Az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]