Siyasət

Zakir Fərəcovun “yeraz”lara qarşı pataloji nifrəti haradan qaynaqlanır?

8-06-2016, 19:33

Görəsən Zakir Fərəcovun Qərbi Azərbaycanlılara qarşı bu repressiyası nə ilə bağlıdır?

Dünyanın inkişaf etmiş ölkələrində idarəetmənin özünəməxsus prinsipləri mövcuddur. Əksər sivil dövlətlərin aparıcı strukturlarında çalışanlar işğuzarlığına, təşkilatçılıq bacarığına və digər müsbət xarakterik xüsusiyyətlərinə görə seçilirlər. Bu baxımdan idarəetmənin Azərbaycan modeli xeyli fəqrlidir. Burada idarəetmə sistemində çalışanların böyük əksəriyyəti qohumçuluq və dostluq münasibətləri üzərində formalaşır. Yəni müəyyən sahədəki təcrübəsinə, idarəetmə qabiliyyətinə, təşkilatçılıq bacarığına, insanlarla davranışına və digər lazım olan keyfiyyətlərinə baxmadan. Bunu yəqin oxucularımız da təsdiq edər. Çünki bu gün Azərbaycanda ən böyük problemlərdən biri də məhz yerliçilik, qohumbazlıq məsələsidir ki, gündəlik həyatımızda hər addımda qarşılaşmalı olurlar, əziyyət çəkirlər.

AzToday.az-a Sumqayıt şəhərində baş vermiş bəzi kadr dəyişiklikləri ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatları araşdırdıqdan sonra ortaya çıxan mənzərə bizi təəccübləndirməyə bilməzdi. Sən demə Azərbaycanda yerliçilik və qohumbazlıq prinsipləri ilə yanaşı nifrət hissləri ilə də idarə etmək mümkündür. Necə ki, bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov edir.

Adıçəkilən şəxs barədə dövrü mətbuatda kifayət qədər tənqidi fikirlər səslənib. Onun özbaşına hərəkətləri barədə Abşeron rayonu və Sumqayıt şəhər sakinləri də az bilmirlər. AzToday.az-ın apardığı araşdırmaların nəticələri isə onların bildiklərindən xeylı fərqlənir.

Məlumatlı mənbənin AzToday.az-a verdiyi məlumata görə, Zakir Fərəcov hələ Abşeron rayon icra hakimiyyətinin başçısı olarkən əslən Qərbi Azərbaycanın Megr rayonunun Nüvədi kəndindən olan, tibb elmləri namizədi Bayram Əsədovu 1 saylı Smqayıt Şəhər xəstəxanasının baş həkimi vəzifəsindən çıxartdırıraq yerinə mərhum qudası Zakir Əsədovun Qubadlı rayonundan olan bacısı oğlu Nizami Hüseynquliyevi təyin etdirib. Həmin Nizami Hüseynquliyev bu gün Sumqayıt sakinləri üçün müsbət vəzifəli bir şəxs kimi xarakterizə edilmir.

Zakir Fərəcov Sumqayıt şəhər icra hakmiyyətinə başçı təyin edildikdən sonra görün nələrə əl atır? Birici vəzifəsindən çıxardığı şəxslərdən biri Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov olur. Onun yerinə isə Laçın rayonunun Minkənd kəndindən olan Rauf Sadiqovu təyin etdirir. Hansı ki, həmin Rauf Sadıqovu Sumqayıt şəhər səhiyyə idarəsinin müdiri vəzifəsindən keçmiş icra başısı Eldar Əzizov tərəfindən işdə buraxdığı ciddi nöqsanlara görə, azad etmişdi. Rauf Sadıqov yeni baş həkim kimi 76 yaşlı Vaqif Qəhrəmanovu əslən Qərbi Azərbaycanın Sisyan rayonundan olan cavan yaşda olan şöbə müdiri Zahid Quliyevin yerinə təyin edir. Bu təyinat Zahid Quliyevin ölümünə səbəb olur.

Həmçinin, Sumqayıt şəhərində keçmiş Bərpa, hazırda isə 4 saylı Şəhər Xəstəxanası adlandırılan tibb müəssisəsinin Qərbi Azərbaycanın Sisyan rayonundan olan baş həkimi Vahid Məhərrəmovu işdən çıxardaraq yerinə Laçın rayonundan olan Kamil İbadovu təyin etdirir.

Daha sonra 1 saylı Sumqayıt Şəhər Poliklinikasının baş həkimi əslən Qərbi Azərbaycanın Noyanberyan rayonundan olan Yusif Yusifovu işdən uzaqlaşdıraraq əvəzinə qubadlı rayonundan olan Məlahət İsmayılovanı təyin etdirir.

Sumqayıt şəhər 5 saylı uşaq poliklinikasının baş həkimi əslən Qərbi Azərbaycanın Krasnoselo rayonundan olan Xaqani Tahirovu görəsən Zakir Fərəcovun qəzəbinə nə tuş gətirir? İcra başçısı Xaqani Tahirovu həyat yoldaşı Laçın rayonundan olan Mehparə Cavadova ilə əvəzləyir. H.Z. Tağıyev qəsəbəsində yerləşən 3 saylı şəhər xəstəxanasının baş həkimi, əslən Qərbi Azərbaycanın Qafan rayonundan olan Bəhram Paşayev də eyni aqibətlə üzlşərək işdən çıxarılır.

Zakir Fərəcov Sumqayıt şəhərinə icra başçısı təyin olunandan az sonra doğum evləri ətrafında yaranmış söz-söhbətlər mətbuat səhifələrində də yer aldı. Belə ki, Zakir Fərəcov Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Sevda Əlizadəni vəzifəsindən uzaqlaşdırmağa çalışdı. Əslən Qərbi Azərbaycandan olan Sevda Əlizadə vəzifəsini itirməmək üçün çox çalışdı, atası Zaman İskəndərovun icra başçısına etdiyi xahişlər və təklif etdiyi şərtlər belə onları xilas edə bilmədi. Zakir Fərəcov bildiyini edərək Sevda Əlizadəni işdən çıxardaraq yerinə kürəkəni Pərvin Əsədovun bacısı Təranə Rəəcblini təyin etdirdi.

Sumqayıt Şəhər 2 saylı Doğum Evinin baş həkimi İmni Hacıyevanın köməyinə Prezident Administrasiyasında məsul vəzifədə çalışan, əslən Qərbi Azərbaycanın Krasnoselo rayonundan olan həyat yoldaşı da çata bilmədi. Əvəzində Zakir Fərəcov İsa Nəcəfovun bacısı qızı Sevinc Məmmədovanı 2 saylı Doğum Evinə baş həkim təyin etdirdi.
Daha sonra Sumqayıt şəhər 2 saylı şəhər xəstəxanasının baş həkimi, əslən Qərbi Azərbaycanın Sisian rayonundan olan Vələddin Gözəlovu tutduracağı ilə hədə -qorxu gələrək xəstəxananı öz hesabına təmir etdirməyə məcbur edir. Vələddin Gözəlovu da çox güman ki, digər Qərbi Azərbaycanlı həmkarlarının aqibəti gözləyir. Çünki baş həkim yıxılaraq çanağını sındırıb və onun işinə qayıtma ehtimalı olduqca azdır. Əvəzinə Zakir Fərəcov artıq namizəd tapmamış deyil. Ümumiyyətlə Zakir Fərəcovun Qərbi Azərbaycanlılara qarşı etdiyi hərəkətlər tək bunlardan ibarət deyil.

Bir müddət əvvəl Abşeron rayon Saray qəsəbə bələdiyyəsinin sədr, əslən Qərbi Azərbaycandan olan Vəsilə Əbdulhəsənovanın ölüm işində dolayısı yollarla Zakir Fərəcovun da adı hallanmaqdadır.

Görəsən Zakir Fərəcovun Qərbi Azərbaycanlılara qarşı bu repressiyası nə ilə bağlıdır? Buna kadr dəyişikliyi demək olmaz. Çünki onun işdən çıxardığı şəxslər təcrübəli həkim olmaqları ilə yanaşı əhaliyə xidmət sahəsində də kifayət qədər püxtələşmiş insanlar olublar.

Bəs Zakir Fərəcovu onları işdən çıxarmağa nə vadar edir? Zakir Fərəcov onlarla nə üçün işləmək istəmədi? Bəlkə Qərbi Azərbaycanlı mütəxəssislər savadsızdır, idarəetmə qabiliyyətinə malik deyillər? Xeyr, əksinə bu gün bütün sahələrdə çalışan Qərbi Azərbaycanlıların savadına, intelektual səviyyəsinə səviyyəsinəə kimsənin şübhəsi ola bilməz. Zakir Fərəcov öz qohumlarını, tanışlarını, yerlilərini önə çəkməkdə nə məqsəd güdür? Qərbi Azərbaycanlıları Sumqayıt şəhərindən kənarlaşdırmaqmı? Bu Qərbi Azərbaycanlılara qarşı Zakir Fərəcov tərəfindən planlaşdırılan növbəti represiya dalğasına bənzəmirmi? Yaxudda da görəsn Zakir Fərəcovda Qərbi Azərbaycanlılara qarşı bu pataloji nifrət hissi haradan qaynaqlanır?

Bu kimi suallara növbəti yazılarımızda cavab tapmağa çalışacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]