Siyasət

Rusiyadan gözlənilməz ŞOK açıqlama

25-04-2016, 01:32
Rusiyadan gözlənilməz ŞOK açıqlama"Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olmadığı iddiaları ilə razı deyiləm”. Cebhe.info-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev belə deyib. Ə.Əliyevin sözlərinə görə, Qərbi prosesdə passiv göstərən əsas faktor Rusiyanın özünü Cənubi Qafqazda həlledici sözə sahib dövlət kimi göstərməyə çalışmasıdır: "Rusiya bu bölgənin keçmiş SSRİ-nin ən əhəmiyyətli hissəsi olduğunu bildirir. Çalışır ki, Cənubi Qafqazdan çıxmamaq üçün heç bir ehtimal yaranmasın. Rusiyanın münaqişənin həllində aktivləşməsinin səbəbi regionda olan maraqlarıdır. Xarici işlər naziri Sergey Lavrovun Ermənistana baş tutan səfəri də bu məqsədi güdürdü. Rusiya təmas xəttinə, xüsusilə Azərbaycan ərazilərinə ordu yeritmək niyyətindədir. Bununla Cənubi Qafqazda öz mövqelərini möhkəmlətmək istəyir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]