Siyasət

Deputatın kimlərə borcu var - SƏRT İDDİALAR

15-03-2016, 14:39
Milli Məclisdə hökumətin 2015-ci il hesabatı üzrə deputatların müzakirəsi başlayıb

İlk olaraq çıxış edən Yevda Abramov Qubanın Qonaqkənd kəndində çayın bərkitmə işlərinə diqqət çəkib. Deputat bildirib ki, əgər bu işlər aparılmazsa, gələcəkdə başqa kəndlərin sel təhlükəsi ilə üzləşməsi an məsələdir: "Əgər Qonaqkənd-Şamaxı yolu tikilirsə, bu işlərin içərisində bəndvurma işlərini də aparmaq lazımdır. Sabah sel olsa, biz onun fəsadlarını aradan qaldırmaq üçün milyonlar xərcləyəcəyik”.

Y.Abramov qeyd edib ki, "Azərişıq” əhaliyə milyonlarla manat borc yazır: "Mənim özümə 787 manat borc yazıblar. 20 il əvvəl ölmüş şəxsə 920 manat borc yazılıb. Yəqin Belə şeylərlə xalqı ayağa qaldırmaq olmaz. Xalq belə şeylərdən narazılıq edir. İnsanlar prezidentin şəkillərini götürərək sosial çətinliklərə etiraz edirlər. Görünür ki, insanlar prezidentdən razıdırlar.

Görünür, az qala bizim və nazirlərin yerinə də prezident işləyir. Hamı işləməlidir, bu belə, olmamalıdır. Hökumət üzvləri televiziyaya çıxıb vəziyyəti izah etmirlər. Onların əvəzinə efirlərdə müğənnilər didişirlər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]