Ölkə

Cəlilabadda məscidə 600 manat borc yazıb, işığı kəsdilər

12-03-2016, 00:37

Cəlilabadın Xəlil kəndində məscidin işığını kəsiblər. Bu isə kənd sakinlərinin narazılığına səbəb olub.

Bunu kənd sakini Elman Məmmədov deyib.

Onun sözlərinə görə, məscidə hər ay dövlət tərəfindən 200 kv/saat enerji verilir. "Məscidə sayğac quraşdırılıb, lakin indiyə qədər bir dəfə də olsa sayğaca nəzarət edilməyib. İndi isə guya borca görə işıq kəsilib”, – deyə şikayətçi elavə edib.

Kənd sakinlərinə ilkin olaraq 100 manat borcun ödənilməsi təklif edilib. Sakinlər isə bu pulu ödəyə bilməyiblər. Nəticədə işığı kəsiblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]