Siyasət

Gürcüstan prezidenti sabah Azərbaycana gələcək

10-03-2016, 00:20
Gürcüstan prezidenti sabah IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə prezident administrasiyasından bildirilib. Məlumata görə, forumda Giorgi Marqvelaşvili hazırda fəaliyyət göstərən 70 ölkənin indiki  və sabiq prezidentlərinə müraciətlə çıxış edəcək.
 
Bildirilib ki, Gürcüstan prezidenti çıxışı zamanı diqqəti regiondakı çağırışlara, Qərb və Şərq münasibətlərinə, regionda Gürcüstanın da cəlb olunduğu layihələrə və işğal olunan ərazilərdəki problemlərə  yönəldəcək.   
 
Səfər çərçivəsində Gürcüstan prezidenti Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək. Onun həmçinin digər ölkələrin prezidentləri ilə təkbətək görüşləri planlaşdırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]