Siyasət

İşdən çıxarılan icra başçıları həbs oluna bilər

8-03-2016, 19:59

Onların fəaliyyətlərinin yoxlanılmasına başlanılıb

Cəbrayıl, Laçın və Salyan rayonlarının icra başçıları işdən çıxarıldıqdan sonra "Azadlıq” qəzeti məlumat yaymışdı ki, daha bir neçə rayonun rəhbəri vəzifəsinə əlvida deyəcək. Xüsusilə etiraz aksiyaları keçirilən rayonların icra başçılarının vəzifədən uzaqlaşdırılması "yuxarılar”da müzakirə mövzusudur.

Yada salaq ki, manatın ikinci devalvasiyasından sonra Lənkəran, Füzuli, Siyəzən, Ağcəbədi, Ağsu, Quba, Beyləqan, Astara və Cəlilabadda kütləvi aksiyalar keçirilib. Təcrübə göstərir ki, hakimiyyət belə vəziyyətlərdə məsuliyyət daşıyan məmurları həmən cəzalandırmır. Bununla xalqın ayağa qalxmasına rəvac verəcəyini düşünür. Lakin bir müddət keçəndən sonra əməlləri ilə iqtidarı nüfuzunu zərbə vuran məmurlar işdən çıxarılır.

Mahmud Quliyevin fəaliyyətinin yoxlanılması barədə Baş Prokurorluqda təhqiqata başlanılıb. Bu işdə Hesablama Palatasının ötən illərdə Cəbrayıl Rayon Icra Hakimiyyətində büdcə vəsaitlərinin xərclənməsi barədə rəyləri də əsas götürülüb. Ən vacibi, Mahmud Quliyev Satınalmalar üzrə Dövlət Agentliyinə saxta MMC-lərin adına tender uduşları edərək büdcə vəsaitlərini dağıtmaqla məşğul olub”.

Mənbə qeyd edib ki, oxşar yoxlamalar Laçının və Salyanın RIH başçıları barədə də aparılacaq. Artıq aidiyyəti qurumlara tapşırıqlar verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]