Siyasət

Əliyev Putinə zəng vurdu

25-02-2016, 13:50

Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 25-də Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

AzərTac xəbər verir ki, söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq gündəliyə dair bir sıra aktual məsələləri müzakirə ediblər.

Dövlət başçıları Suriya probleminin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi apararaq, Suriyada hərbi əməliyyatların dayandırılması haqqında Rusiya Federasiyası və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]