Siyasət

İlham Əliyev Həsən Ruhaniyə zəng etdi

27-02-2016, 20:49
İlham Əliyev Həsən Ruhaniyə zəng etdi

Bu gün Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyətelefonla zəng edib. 

Xeberman.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Telefon danışığı zamanı prezident İlham Əliyev İrana səfəri zamanı ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Həsən Ruhaniyə təşəkkür edib və səfərin nəticələrindən çox məmnun olduğunu bildirib.

Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni səhifəsi açılıb.

Danışıq zamanı tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Prezident İlham Əliyev Həsən Ruhanini bir daha Azərbaycana səfərə dəvət edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]