Siyasət

Elmar Məmmədyarov GUAM-ın baş katibini qəbul edib

10-02-2016, 01:24
Elmar Məmmədyarov GUAM-ın baş katibini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib.

XİN-dən Xeberman.com-a verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
 
E. Məmmədyarov hazırda GUAM sədr ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.
 
Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]