Siyasət

AZƏR RAMIZOĞLU: Siyasi məhbus ailələrinə dəstək kompaniyası açılmış bank hesabına pulu köçürülməyə başlanıb

27-03-2017, 00:01
Press-az.com-un verdiyi məlumata görə , 24 fevraldan açılmış siyasi məhbus ailələrinə dəstək kompaniyası açılmış bank hesabına pulu köçürülməyə başlanıb . Bu barədə məlumatı siyasi məhbusu ailələrinə maddi yardım kompaniyasının təşəbbüskarı Azər Ramizoğlu öz facebook səhifəsində yazıb. Press-az.com saytı Azər Ramizoğlunun öz facebook səhifəsində yazdığı məlumatı oxuyuculara təqdim edir.
Təşəbbüsə qoşulan və artıq yardım edən insanlarımıza( bu dəqiqələrdə Allah rızası üçün etdiyinə görə adının çəkilməsini istəməyən bir vətəndaşımız da iyanə keçirtmişdir) öz adımdan və bütün siyasi məhbuslarımızın ailələri adından təşəkkürümü bildirirəm. Məlumat üçün xəbər verirəm ki, həftədə bir dəfə nəzarət təftiş komissiyası toplaşacaq ve Hollandıyadan fb üzerınden canlı yayımla hesab açılıb görüntülecek. Butun suallara cavab verılecek. Eynı zamanda canlı yayım vaxtı, Hollandiyada və Avropanın digər ölkələrində yaşayan tanınmış ictimai-siyasi fəallarımız dəvət olunacaq və bu məsələlər müzakirə olunub gündəmdə saxlanılacaq.. Beynəlxalq ictimaiyyətə ingilis, holland, alman və fransız dillərində müraciətlər olacaq, siyasi məhbusların işgəncələrindən, onların ailələrinə olan zülümlərdə n faktlar çatdırılıb, rejimə təzyiq üçün müraciyyətlər olacaq. Bütün siyasi məhbuslarımız azad olunmayana qədər biz onlardan əl çəkən deyilik!

Press-az.com-a Azər Ramizoğlu bildirib ki,bu işin ölkə üçün çox önəmli və deyərdim ki, taleyüklü olduğunu insanlarımızın artıq gözəl başa düşdüyü tək elə buradakı reaksiyalardan da görünür. Eyni zamanda bu təşəbbüs heç kimin inhisarında, monoğoliyasında deyil. Ona görə də cox hörmətli, tanınmış və görkəmli ictimai siyai fəallarımızdan kimsə də bu işi görmək istəyirsə və ya indiyə gədər görübsə, biz onları ancaq alqışlayır və eşq olsun deyirik. Sıyığı yağ daha dadlı edər deyərlər. Nə qədər çox yardım edən olsa bir o qədər yaxşı, hərə bir hesab açıb iyanə toplaya, və ya hesabsız yardım edə bilər.Bu işi görənlər və görmək istəyənlərə biz ancaq təşəkkür bildiririk. Onlar yardım etdikləri və bu yardımı davam etdirdikləri siyasi məhbus ailələri barədə Zümrüd xanıma məlumat versələr, men öz terəfimdən onlara da iyanə keçirərəm ki, bu işdən əl götürməsinlər. Bu mühəddəs işdə qısqanclıq, təəsübkeşlik, xəbislik və işi poza biləcək hər hansı əməl məzlum siyasi məhbus ailələrinə daha bir zərbə və rejimə böyük xidmət etmək kimi rəzillikdir..

Administratorla əlaqə

077 611-55-22

[email protected]