Siyasət / Reportaj

"Nardaran işi 2" Taleh Bağırzadə ilə bağlı sənədə qol çəkdirmək üçün mənə nə əziyyətlər veriblər”.

4-03-2017, 01:05
Xeberman.com-un verdiyi məlumata görə bu gün Ağır cinayətlər məhkəməsində Nardran 2-işi üzrə növbəti məhkəmə prosesi Mayıl Bayramovun sədirliyi ilə keçirilib.
Məhkəməyə təqsirləndirilən şəxs qismində Vüsal Alışov ifadə verib . O, ifadəsinə başlamamışdan qabaq hakimə bildirib ki, onun sözünü kəsməsin. O ifaədəsində işin mahiyyəti üzrə danışacağını bildirib . Hakim isə bildirib ki, bu gün ifadəni davam et.
Vüsal Alışov məhkəməyə gələn hər bir kəsi salamlayıb. İlk növbədə öz tərcümeyi- halından danışacağını bildirib. 1984-cü ildə Neftçala şəhərində dünya gəldiyini bildirib. 12 yaşında imtahan verərək Lənkəran şəhərində ingilis- dili litseyinə daxil oldum. Həmin litseyi bitirdikdən sonra isə İqtisadiyyat unversitetinə daxil olduğunu qeyd edib. 2005-ci –ildə əsgər getdiyini. Əsgərliyini bitirdikdən sonra isə özəl şirkətlərdə işlədiyini qeyd edib. İxtisas artıraraq marketliyi və insan resusları ilə bağlı treniqlər keçdiyini də məhkəmə də qeyd edib. İndiyə qədər bir çox təşkilatlarda məxsus İrəli ictimai birliyi, Yap gənclər təşkilatının ofisində və digər QHT- lərdə treniq keçdiyini qeyd edib.
2015-ci ildə may ayında eşitmişdim ki, Müsəlman birliyi adlı bir QHT təsis olunub . Mən də iyun ayında gedib həmin təşkilatın idarə heyəti ilə görüşüb ,öz fəaliyyətimlə bağlı onlara məlumat verdim . Onlarda mənim fəaliyyətimi müsbət qarşıladılar. Hər həftənin şənbə günü mən MBH ofisində treniq keçirdim.
30 noyabr evdən çıxanda gördüm ki, 6 nəfər mənə baxır . Birdən mənə yaxınlaşıb dedilər ki, Vusal sənsən ?dedim bəli, kimliyini demədən qolma qadal vurdular . Sonra onların kimliyini mən BMCMİ-də olarkən bildim . Onlar Teymur, Həmzə, Hətəm və başqaları idi. Onlar sonra qolumdan qandalı çıxardıb dedilər ki, gir evə kurtqanı geyin tez gəl daha biz girməyək. Qapı açılarkən məndən qabaq evə daxil oldular. Evə ələk -vələk etdilər .Sonra yataq otağından bir qumbara tapdıqlarını dedilər. Məndə həmin vaxt dedim onu ora qoyanın Allah bəlasını versin . Onlardan biri dedi Allah sizin bəlanızı verib. Evdən məni BMCMİ-ə gətirdlər. Orada bir nəfər mən yaxınlaşıb dedi ki, bu kağızlara qol çək.Mən burda nə yazıldığını soruçdum .Guya evə qanuni gediblər .Mən demişəm ki, evimdə yoxlanış edin. Mən qol çəkməkdən imtina edəndə yanında olanlara dedi ki, bunu başa salın hələ bilmir bu hara gəlib. Sonra məni hədələdilər, məcbur olub qol çəkdim. Sonra məni iki nəfərlik kameraya yerləşdirdilə. Kamera iki nəfərlik olsada, orada mənimlər birgə 6 nəfər var idi. Bir neçə gündən sonra məni Kərəm Əlmərdanovun yanına gətirdilər .Orada Elman, İslam ,Azər və digər adınI bilmədiyim polis nəfərləri var idi. Onlar məni vururdu və deyirdilər sən biz deyənə qol çəkəcəksən. Kərəmin özü şəxsən mənə bildirdi ki, biz əmri yuxarıdan alırıq. Heç kim bizim qarşımızda dura bilməz. Mənə dedilər bizim senarimiz var orda yazılıb ki, sizə silahi Abbas Hüseyinli verib.Sizin silahla təmin olunmasında İran vətəndaşları köməklik edib. . Sonra sizə Əli Kərimli, Cəmil Həsənli dəstək olublar. Mənə bildirdi ki, sən bu cür ifadə verməlisən. Qandal qolumda özümü çox pis hiss edirdim. Kamera yoldaşlarımın dedikləridə qulağımda idi . Onlar deyirdi ki, burda hər cür işgəncə verirlər. Sonra mənə dedilər seçimini elə .Bildirdim ki, məhkəmə olacaq və burda açıq -aşkar hər şeyi deyəcəm .Ona görə onların dediklərinə qol çəkdim. İndi isə məhkəməyə qeyd edirəm dediklərimi və “Bandatdel”də hamsından imtina edirəm. Oradan mənə heç nə sual verməyin. 28 gün BMCMİ-də qaldıqdan sonra təcirdxanaya gətirdilər. Orda adımı aformot edəndən sonra yenidən BMCMİ-ə gətirdilər. Ayın 18 bir dəfəlik tərcidxanaya köçdüm. Həmin vaxtdan bu günə qədər dövlət orqanlarına prezident aparatına 420-ə yaxın məktub yazmışam .Hamsı da formal xarakterli cavab yazıblar. BMCMİ-dən mən Nəsimi rayon məhkəməsində ərzə ilə müraciyyət etdim.Təcirdxana yoldaşlarım dedi ki, başın xarab olub, kimdir buna baxan nə üçün göndərirsən. Buna baxmayaraq mən müraciyyət etdim .Dedilər ərzə xarakterli yazmısan baxa bilmərik və təzdən şikayət məktubu yazdım farmal xarakterli cavab göndərdilər. İndi sizin üçün oxuyuram. Bundan sonra alİ məhkəməyə də göndərdim , Ombusman,Baş prokrorluqa .Hamsı farmal xarakterli cavab yazdılar. Bircə dəfə baş prokrorun muavini Namiq Məmmədov gəlib. O isə dedi araşdıracağıq sizi Vəssalam. Mən təcirdxanada olanda boş dayanmadım. Cinayət məcəlləsini oxudum və BMCMİ-in əmkdaşlarının bizə etdiklərinin qanunvericiliklə cəzalarını müəyyən etdim. Onlar bunlardı. İnşallah ümüdlüyəm ki, bizə qarşı BMCMİ-i etdiklərinə görə qanun qarşısında bu maddələrlə cavab verəcək.
Hakim: Prokror kimi danışırsan
Vusal Alışov :Hörmətli hakim icazə verin işin mahiyyəti üzrə danışım. Ermənilərin Xocalıda etmədiyini bunlar Nardaran kəndində etdilər. Tvlərdə elə göstərdilər ki, güya Xocalını azad ediblər.
Burda həbs olunan dostlar və alimlər bilirsiniz niyə həbs edilib? Ona görə həbs edilib ki, hakimiyyət ilk gündən mənəviyyatımıza qarşı əl uzadanda özünü qabağa verdi .Hacı Tale, Hacı Mösüm, Hacı Abgül və digərlər ki, niyə hicabı qadağan edirsiniz məktəblərdə. Bu gün fərdlər həbs olunmayıb, yəni mən və dostlarımız və ailələrimiz bu gün haqqı -ədalət həbs olunub. Hörmətli prokror Anar müəllim zəhmət çəkib sual verməyin siz Hacı Tale tanıyırsınızmı? Hacı Tale 2 təhsili var . O bu cəmiyyət üçün öz canını azadlığını qurban verib . O da bəziləri kimi , xidməti maşında lüks şəraitdə həyatını davam etdirə bilərdi, amma bunu etmədi. Əvəzində haqqın yanında olduğuna görə bu gün şərlənərək həbs edilib.
Hörmətli Hakim Mail müəllim sonda sözüm sizədir . Sizi böyük məsuliyyətin içindəsiniz. Əgər siz bizim işimizə BMCMİ-in işi kimi yaxınlaşsanız Allahın qəzəbinə düçar olacaqsınız.
Zalda əyləşən insanlar alqışlayırlar. Hakim buna etiraz edir Deyir,. mitiqdə deyilsiniz niyə alqışlayırsınız.
Ağəli Yahyəyev: Hörmətli hakim ancaq mitiqdə alqışlayırlar.
Hakim prokrora deyir sual verirsən . Bu zaman Vusal Alışlı deyir hakim mən etiraz edirəm əgər ifadəmdə olanlarla bağlı nə isə sual versəniz cavab verməyəcəm.
Hakim yaxşı dediyin sözlərdən sual verək.
Prokror Alim tanıyırsan?
Vusal Alışlı burdakılar hamsı alimdir.
Prokror adı olaraq Alim tanıyırsan. Elçin Qasmov, Alim Qasmovu deyirsiniz yəqin onun tanıyır.
Prokror AzadNeWs qəzetində işləmisiniz?
Vusal Alışlı: Mən bu barədə suallara cavab vermirəm.
Prokror hakimə bildir ki, artıq ifadəni oxuya bilərsiniz mənim sualım yoxdur.
Vəkil İradə xanım etraz edir deyir ittiham olunan Vusal bəy bunu istəmir siz niyə oxuyursunuz.?
Ağəli Yəhyayev: Sizi prokrorsunuz yoxsa hakim .
Elçin Qasmov: Yazılanlar ona aid deyil BMCMİ-ə aiddir.
Hakim fasilə elan edir.
Fasilə əsnasında Ramin Əliyev zalda olanlara dini çıxış edir. O Qurani Kərimdən və hədislərdən stat gətirir ,mübarizə barəsində. O deyir ki, hər dövürdə mübarizə olub . Bu dövürdə buna misal olaraq imamlardan və Peyğəmbərlərdən stat gətirir .
Bunda əlavə olaraq Ağəli Yəhyayev fasilədə çıxış edib. O bildirib ki, bura gələn anaların əlindən yox əyağından öpürəm çünki, cənnət siz anaların ayağı altındadır. Bundan əlavə olaraq deyir mübarizənin sivil nümunəsi on bir imam anası qadınların seyidəsi Hz Fatimədir(ə). O mübarizə tarxinin başlanğıc öz vəsiyyətində bildirib ki, mənim gecə basdırın. Yəni bir dövürdə ki, bir ümmətin Peyğəmbərinin qızı şəhadətə çatır orada 6-7 nəfərdən başqa kişi tapılmır ki, dəfinə gəlsin .İnşallah o xanımın başladığı mübarizənin İmam Zamanın (ə) zuhuru ilə yekunlaşar və Ağa o xanımın məzarında bizlərə işarə edər. Ağəli Yəhyayev jurnalistlərə, hüquq müdafiyəçilərinə, Kamran Fərata öz təşəkkürün bildir. O dedi ki, çox sağ olun bizi gündəmdə saxlayırsınız. Sonda Ağəli Yəhyayev dua edib bizlərdə İmamın mübariz əsgərlərindən olarıq hakim gələndən sonra Ağəli Yəhyayev qeyd edib ki, Hakimdə bizim çıxışımıza qulaq assın.Birazdan prosesi başlayırıq.
Hakim: Xahiş edirəm yekunlaşdırı məhkəmə başladı.
Fasilədən sonra ittiham olunan Seymur Aslanov ifadə verib. O ifadəsində bildirib ki, 26 noyabr tarixində mülki geyimli şəxslər evin həyətinə girib mənə deyiblər ki, evində silah var könüllü şəkildə təqdim et. Mən də bildirmişəm ki, bizim evdə heç nə yoxdur. Həyətdən silah- sursat çıxardılar. Məni DTX-ya gətirdilər. Orada BMCMİ-ə . Bu sialah -sursat mənə aid deyil . Bildirib ki, Kərim Əlimərdanov ondan kamera önündə silahı Taleh Bağırovdan alması haqda danışmağı tələb edib. Bu məqsədlə ona işgəncə verilib.
Təqsirləndirilən İsa Şükürov da işgəncələrdən danışıb. Söyləyib ki, “bandotdel”də beysbol topu ilə başına-başına vurublar: “Kərim Əlimərdanov mənə “Vorovskoy molla” deyirdi. Soruşdum ki, bu nə deməkdir? Dedi, sənə hamı İsa Lənkəranlı deyir, deyəsən, Rövşən Lənkəranskini özünə ideal seçmisən. Mən də cavab verdim ki, mənim idealım İmam Hüseyndir. Bir Allah bilir ki, Taleh Bağırzadə ilə bağlı sənədə qol çəkdirmək üçün mənə nə əziyyətlər veriblər”.
Taleh Bağırovun müavini Elçin Qasımov ötən məhkəmə iclaslarında ifadə versə də, bu gün müəyyən əlavələri olub. Dediyinə görə, 2015-ci ilin sentyabrında AXCP-nin qurultayındakı çıxışını “bandotdel”də gətirib ortaya qoyublar, videoya baxa-baxa da onu döyüblər.
“Sabunçu Rayon Polis İdarəsində mənə deyirdilər ki, sən Maştağadansan, düşmüsən ortaya, qanundan danışırsan, get göyərtini ək. Onda deputatlar qanun qəbul eləsinlər, yazılsın ki, bakılılar ancaq göyərti əkə bilər. Hərçənd, oliqarxlar göyərtini də nəzarətlərinə götürüblər. AXCP-nin qurultayında 6 dəqiqəlik çıxışım olub, sən demə, orada “bandotdel” də çəkirmiş. Bizi AXCP, Milli Şura ilə birlikdə dövlət çevrilişində ittiham etmək istəyirdilər. “Bandotdel”də Şahlar Cəfərov qurultaydakı çıxışımı gətirib Kərim Əlimərdanova göstərdi. 6 dəqiqəlik çıxışa baxa-baxa mənə işgəncə verdilər. Dedim, yaxşı ki, 36 dəqiqə çıxış etməmişəm, yoxsa məni öldürərdilər. “Bandotdel”də mənə dedilər ki, AXCP və Milli Şura ilə əməkdaşlıq haqda ifadə ver, 3 il şərti cəza ilə azadlığa çıx”, – Elçin Qasımovun sözləridir.
Məhkəmə martın 10-da davam edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]