Reportaj

"Elçin Quliyev bu əməliyyatı Eldar Mahmudova məruzə etdi"- məmur "rüşvət alarkən" necə yaxalanıb?

3-05-2017, 00:02
"Elçin Quliyev bu əməliyyatı Eldar Mahmudova məruzə etdi"- məmur "rüşvət alarkən" necə yaxalanıb?Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev vinayət işi üzrə istintaq materiallatında yeni təfərrüatlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, general və və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə zərərçəkmişlərdən birinin vəzifəli məmurlardan biri olduğu məlum olub.

O, Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr xidmətin vəzifəli şəxsi olmuş Rauf Sultanovdur. O, hazırda komitədə çalışmır.

Rauf Sultanov ibtidai istintaqa MTN-dən zərərçəkməsi haqda ifafə verdib. Amma zərərçəkmiş sonda MTN-dən canın qurtardığın desə də ona qarşı irəli sürülən şərt haqda danışmayıb.

Sabiq məmur Sultanov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, 2009-cu ildən 2014-cü ilin dekabr ayınadək Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr xidmətində Qaradağ, Xəzər, Nəsimi rayon şöbələrinin rəisi, Xəzər rayon şöbəsinin rəis müavini vəzifələrində çalışıb. 2014-cü ilin dekabr ayında işini itirib.

"2011-ci ilin yay aylarında Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində işlədiyim müddətdə daimi olaraq həmin şöbədə etibarnamə əsasında müxtəlif şəxslər üçün sənədləşmə işləri ilə məşğul olan Kamil Şükürov adlı şəxs şöbə rəisi Sabit Məmmədovun xidməti otağından çıxaraq mənim otağıma gəldi. O, stolun üzərinə müəyyən məbləğdə pul qoydu. Kamil pulu stolumun üstünə qoyan kimi otağa özlərini MTN əməkdaşları kimi təqdim edən 4-5 nəfər mülki geyimli şəxslərgirdi. Videokamera ilə çəkiliş edirdilər. Kamilin stolun üstünə nə qədər pul və hansı məqsədlə qoyduğunu bilməfim”- deyə ifadəsinə əlavə edib.

Zərərçəkmiş bildirib ki, daha sonra MTN əməkdaşlatı onu rüşvət almaqda ittiham edib:

“MTN əməkdaşları rüşvət aldığımı bildirdilər. Məni Kamil Şükürovla birlikdə göy rəngli sedan markalı avtomobillə MTN-ə apardılar. Orada sonradan internetdə şəklini gördüyüm, adının İlqar Əliyev olduğunu bildiyim şəxsin otağına aparıdılar. Orada İlqar Əliyev məndən tələb etdi ki, Sabit Məmmədovun Kamil Şükürovdan rüşvət istəməsi barədə izahat yazım. Mən də həmin tələblə razılaşmadım. Məni həbs ediləcəyimlə hədələdilər”.

Rauf Sultanov ifadəsinin davamında qeyd edib ki, nazirlikdə dindirilərkən İlqar Əliyevin bir neçə dəqiqəlik otaqdan çıxıb və baş idarə rəisi Elçin Quliyevlə görüşə gedib: “Bu görüşdən sonra İlqar Əliyev bizi yenidən qəbul etdi və getməyimizi bildirdi. Azad buraxılmaq üçün özünün MTN əməkdaşlarına hər hansı məbləğdə pul verməmişəm. Sabit Məmmədovun da pul verməsi barədə məlumatının olmayıb".

Bu epizod üzrə general Elçin Quliyev də dindirilib. O bildirib ki, bu hadisəni və zərərçəkmiş şəxsi xatırlamır.

Bu epizod üzrə şahid qismində DTX əməkdaşı da ifadə verib.

DTX zabiti Fuad Fətəliyev bildirib ki, 2008-ci ildən ləğv edilmiş MTN-də işləyib, 2013-cü ildən Antiterror mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

O qeyd edib ki, Kamil Şükürov MTN-ə müraciət edərək Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon idarəsinin rəisi və müavininin handısa bir işi pulla görür. Bu məlumatı mərhum polkovnik İlqar Əliyevə məruzə etdikdən sonra, Elçin Quliyev də məlumatlandırıb.

"Bundan sonra Əmlak Komitəsinin Xəzər rayon idarəsinin rəisi və rəis müavininin əməllərini sübut etmək üçün tədbir təşkil etdik. Tədbir zamanı video çəkiliş aparmaq üçün İlqar Əliyev MTN-nin ƏTİ-dən mütəxəssis də dəvət etmişdi. Tədbir zamanı 4-5 nəfər MTN əməkdaşları iştirak edirdi. Konkret olaraq kimin iştirak edəcəyini İlqar Əliyev müəyyən etmişdi. Mən sıravi işçi kim bilavasitə baş idarə rəisi Elçin Quliyevlə çox ünsiyyətdə olmamışam, əsasən işlərini İlqar Əliyevə məruzə etmişəm. Amma bəzi məsələlər yalnız baş idarə rəisinin razılığı əsasında həyata keçirilib”. Saxlanılan şəxsin MTN-ə dəvət edilməsi, buraxılması İlqar Əliyev vasitəsi ilə Elçin Quliyevə məruzə edilib. Elçin Quliyev də öz növbəsində bu əməliyyatı sabiq nazir Eldar Mahmudovla razılaşdırıb"- deyə DTX zabiti qeyd edib.

İ.Muradov

Administratorla əlaqə

077 611-55-22

[email protected]