Ölkə

Nazim İbrahimovla vitse-prezident arasında qalmaqal

18-09-2016, 22:55

Nazim İbrahimovla vitse-prezident arasında qalmaqalDaha bir idman federasiyasında maaş qalmaqalı baş verib. Azərbaycan Qılıncoynatma Federasiyasında idmançılar və məşqçi heyəti 15 aydır ki, maaş üzünə həsrətdir. 

 


Qurumdan pullarını ala bilməyən qılıncoynadanlar bunun üçün aidiyyatı orqanlara şikayət ərizəsi yazmaq fikrinə düşüblər. İdmançıların problemini həll etməyə çalışan vitse-prezident Yaşar Məmmədovla rəhbərlik arasında isə ciddi mübahisələr olub. O, məsələnin böyüməməsi üçün rəhbərliklə danışıqlar aparmaq və maaşların ən azı bir qisminin verilməsini təmin etmək istəyib. Lakin digər rəhbər şəxslər onuna razılaşmayıb və qalmaqal bir az da böyüyüb.

Problem həll olunmayacağı təqdirdə AQF-nin tanınmış üzvləri və legionerləri başqa ölkə adına mübarizə aparmaq üçün qurumu tərk edəcəklərini bəyan ediblər.

Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov aznews.az-a açıqlamasında məlumatı təsdiqləyib: "Qılıncoynadanlarımız 15 ay yarımdı ki, maaş almırlar. Ötən ilin may ayından etibarən heç kimə bir qəpik verilməyib. Rəhbərliklə mənim aramda problem yarandığı da doğrudu. Həm də bu, çox böyük bir problemdi... Nazim İbrahimov aylardı deyir 1-2 günə düzələcək. İndi də deyirlər maaş ayın 21-də olacaq. Biz də indi deyirik bu qədər gözləmişik, 21-nə qədər də gözləyək. Düzəlməsə mən özüm prezident İlham Əliyevə məktub yazacağam, qəbuluna düşmək üçün xahiş edəcəyəm”.

Vitse-prezident məşqçi Asəf Məlikovun Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub yazdığını qeyd edib.

Məlumat üçün bildirək ki, Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdu.

Onu da bildirək ki, bundan əvvəl Azərbaycan Ağır Aletika, Otüstü Hokkey, Milli Karate və Voleybol Federasiyaları da maaş problemi ilə üzləşiblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]