Siyasət

Vitse-prezident postuna İDDİA ETDİ

19-11-2016, 02:02
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) gətirmək istədiyi yeni partiyalı prezident sisteminə dair maraqlı iddialar irəli sürülür.
Avropa.info xəbər verir ki, iddialara görə AKP-nin hazırladığı yeni konstitusiyasının gətirdiyi prezident üsul idarəsində MHP lideri Devlət Baxçalı vitse-prezident postuna gətiriləcək.
AKP-nin konstitusiya dəyişikliyi ilə bağlı hazırladığı qaralama paketini MHP-yə təqdim etməsi ilə də məsələnin müzakirəsi sürətləndirilib.
İrəli sürülən iddiaya görə yeni sistemdə prezident özünə iki vitse-prezident təyin edəcək. Bunlardan biri Binali Yıldırım, digəri isə Devlət Bacçalı olacaq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]