Ölkə

"MTN işi" daha bir dövlət qurumunun rəhbərliyini "vura bilər" - Mahmudovçulardan görəvdə olanlar var...

14-09-2016, 21:21
Hazırda istintaqı davam edən "MTN işi" ilə əlaqədar DİA.AZ-a ilginc informasiya daxil olub.

Bilgili mənbənin söyləntilərinə görə, konkret olaraq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin işi ilə bağlı ümumi hüquqi araşdırmalar zamanı keçmiş nazir Eldar Mahmudovun digər dövlət qurumlarındakı adamlarının təsbiti istiqamətinə yeni proses start götürüb.

Mənbənin dia.az-a söylədikləri: "Bu araşdırmalar zamanı bəzi dövlət qurumlarında hələ də mahmudovçuların qaldığı öyrənilib ki, onlardan birinin də hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yüksək vəzifə tutan Səyavuş Heydərov olduğu aydınlaşıb".

Mənbə iddia edir ki, Səyavuş Heydərov Eldar Mahmudovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindəki baş emissarlarından biri olsa da, nədənsə sonradan onunla bağlı məsələnin üstündən keçilib: "Amma fakt faktlığında qalır. Səyavuş Heydərov isə komitədə heç də aşağı vəzifə tutmur".

Qeyd edək ki, Səyavuş Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dərinin müavinidir.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Administratorla əlaqə

077 611-55-22

[email protected]