Ölkə

Deputat oğlu ev qiymətinə maşın nömrəsi satır

23-07-2016, 23:55
Bir müddət öncə ev qiymətinə avtomobil nömrəsinin satılması haqda xəbərlər yayılmışdı. Bildirilirdi ki, vətəndaşlardan biri avtomobilinin dövlət qeydiyyat nişanını nə az, nə çox düz 90 min manata saytların birində satışa çıxarıb. Avtomobildən baha olan və satışa çıxarılan nömrə isə 10 XX 100-dür. Bu məsələ ilə bağlı saytımıza yeni təfərrüatlar məlum olub.
Bilgili qaynağın redaksiyamıza verdiyi məlumata görə, avtomobil nömrəsini 90 min manata satışa çıxaran şəxs deputat oğludur: "Nömrəyə bu vaxta qədər müştəri də çıxıb. Hətta 70 min manat da təklif edilib, ancaq deputat oğlu elan etdiyi qiymətdən aşağı düşməyib”. Məlumat mediada yayıldıqdan sonra isə həm deputat, həm də oğlu adlarının da elan olunacağından ehtiyyat edərək məsələnin ictimailəşməsinin qarşısını alıblar və bu işdə deputatın keçmiş köməkçisi xüsusi canfəşanlıq göstərib.
Onu da bildirək ki, avtomobil nömrəsi rəsmi sənədlərdə deputat oğlunun adına deyil. Belə ki, əldə etdiyimiz məlumata görə nömrə rəsmi olaraq Əliyev Əlisahib Oruc oğlunun adınadır.

Mövzunu davam etdirəcəyik…

Administratorla əlaqə

077 611-55-22

[email protected]