Foto Fakt

Deputatlarımızın bahalı maşınları - Fotolar

27-01-2016, 00:49
Deputatlarımızın bahalı maşınları - Fotolar

Məmur övladlarının, habelə idmançıların və incəsənət adamlarının bahalı maşınları ilə bağlı məlumatlar son zamanlar ölkə mətbuatının gündəmində əsas yeri tutur.

Virtualaz.org saytı bu dəfə də deputatların sürdüyü maşınlarla maraqlanıb. Müşahidələrimiz zamanı məlum oldu ki, deputatlar daha çox "Mercedes” markalı avtomobillərə üstünlük verir.

Məsələn, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov alman maşını həvəskarıdır. Deputatın 10 AS 601 dövlət nömrə nişanlı, "Mercedes” markalı maşınını sürücüsü idarə edir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də "Mercedes” markalı avtomobilə üstünlük verir. 90 MG 450 dövlət nömrə nişanlı avtomobil BAXCP sədrinin özünə məxsusdur, amma maşını sürücüsü idarə edir.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevin maşını da "Mercedes”dir. Deputatın 90 GO 005 nömrəli avtomobilini sürücüsü idarə edir.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, deputat Ülvi Quliyev də "Mercedes”də gəzən deputatlarımızdandır. Ü.Quliyevin maşının nömrəsi də həmkarı Adil Əliyevin maşının nömrəsi ilə eynidir - 10 OJ 005. Sadəcə seriya fərqi var. Onun da avtomobilini sürücüsü idarə edir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun avtomobili də alman malıdır, amma markası fərqlidir - "BMW”. Z.Əsgərovun 10 AA 403 dövlət nömrə nişanlı maşınını sürücüsü idarə edir.

"Mercedes” markalı avtomobil sürən deputatlarımızdan biri də Mirkazım Kazımovdur. Fotoda gördüyünüz 10 AH 934 dövlət nömrə nişanlı avtomobil deputat M.Kazımova məxsusdur.

İqtidaryönlü deputat Fuad Muradovun maşını 10 FM 705 dövlət nömrə nişanlı "Lexus” markalı CİP-dir. Nömrədəki FM seriyası deputatın ad və soyadının baş hərfləridir. F.Muradovun da sürücüsü var.

Qeyd edək ki, bu avtomobillərin qiyməti 80-100 min manat arasında dəyişir. Yada salaq ki, sıravi deputatların maaşı 1575 manatdır. Komitə sədrləri 1800 manat məvacib alır. Vitse-spiker 2025, spiker özü isə 2250 manat maaş alır. Bu maaş isə belə bahalı maşın almaq imkanları vermir hər halda...

Qaynar.info


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]