Ölkə

Bakı avtovağzalında dərəbəylik başladı: qiymətlər qalxdı

5-07-2016, 13:31

Ramazan bayramı ərəfəsində Bakı avtovağzalında ənənvi problemlər baş qaldırıb. Qaynarinfo.az xəbər verir ki, artıq bu gündən rayonlara yollananlar problemlə üzləşməyə başlayıb.

Belə ki, bu gün saat 12.00-da Qəbələyə getməli olan avtobus hələ də avtovağzalda gözləyir. Bu barədə Qaynarinfo.az-a sərnişin Fəqan İsmayılov məlumat verib.

Sərnişin bildirib ki, avtobus tamamilə dolub. Buna baxmayaraq, sürücü yola çıxmaq istəmir. Səbəb isə onun avtobusa daha çox sərnişin cəlb etmək istəyirdir.

Bundan başqa dolan avtobusa isə bilet satılmır. Qəbələyə gedəcək başqa avtobus isə özbaşına şəkildə qiyməti artırıb. Belə ki, Qəbələyə işləyən marşrut avtobuslarına bilet 6 manatdır. Bu sürücü bu gün sərnişinlərdən 7 manat tələb edir.

Ümumiyyətlə, Bakı avtovağzalında bütün bayramlar zamanı analoji problemlər baş verir. Ramazan bayramından sərnişinlərin artması, həmçinin Qəbələyə gələn turistlərin sayının yay aylarında çoxalması bəzi işbazların əl-qolunu açıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]