Kriminal

Bakıda nadir qəza: 4 avtobus bir-birinə çırpıldı

23-12-2015, 21:17
Bakının Səbail rayonunda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com-un məlumatına görə, hadisə "20-ci sahə” yaşayış massivində qeydə alınıb.
 
"BakuBus” şirkətinə məxsus 5 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacağa daxil olarkən orda dayanmış avtobuslara çırpılıb. Qəza zamanı "BakuBus” şirkətinin daha iki avtobusu, eləcə də, "Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-yə məxsus 88 saylı xətt üzrə hərəkət edən başqa bir avtobus bir-birinə dəyib.
 
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]