Ölkə

Zakir Həsənov polkovniki işdən qovdu

8-11-2015, 13:20
Zakir Həsənov polkovniki işdən qovdu

Müdafiə Nazirliyində vacib postlardan birinin rəisi işdən qovulub. Nazir Zakir Həsənov MN-in Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polkovnik Ağalar Manafovu tutduğu vəzifədən azad edib.
Ağalar Manafov hərbi sistemdə məşhur simalardan biridir. Onun işdən çıxarılması işində verdiyi nöqsanlar və rüşvət almasıyla bağlı edilən şikayətlərlə əlaqələndirilir.
Bundan əlavə, son vaxtlar nazirlik daxilində telefon danışıqlarının qanunsuz olaraq dinlənilməsi və bununla bağlı hərbiçilərin narazılığı, çoxsaylı müraciətlətin edilməsi də polkovnikin "vurulmasına" səbəb kimi göstərilir.
Bildirilir ki, nazirlik əməkdaşlarının telefon danışıqlarının dinlənilməsini Təhlükəsizlik İdarəsi həyata keçirir və bu iş Ağalar Manafov tərəfindən Hicran Hüseynova tapşırılıb.
Məsələnin narazılığa səbəb olduğu bir vaxtda A.Manafovun işdən qovulması nazirin şikayətlərə sərt reaksiyası kimi qəbul olunur.
dogruxeber.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]