Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əsgərlərlə nahar etdi - (FOTOLAR)
Müdafiə naziri əməliyyat şəraiti ilə yaxından
tanış olub.
Bayram münasibətilə şəxsi heyəti təbrik edən nazir
onların bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, hərbi anda və
nizamnamələrə sadiq qalaraq ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi,
torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borclarını şərəf və
vicdanla yerinə yetirəcəklərinə, döyüş hazırlığı səviyyəsinin daha da
artırılmasında səylə çalışacaqlarına əminliyini ifadə edərək, hərbi
qulluqçulara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətdə uğurlar
arzulayıb.
Nazir, eyni zamanda müdafiə xəttinin təkmilləşdirilməsi
və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Sonda əsgərlərlə nahar edilib, ön xətdə döyüş növbəsi
çəkən hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparılıb.