Gündəm

PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASININ FÖVQƏLADƏ TOPLANTISINI ÇAĞIRDI – MTN-də nə baş verir?

18-10-2015, 20:37
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASININ FÖVQƏLADƏ TOPLANTISINI ÇAĞIRDI – MTN-də nə baş verir?

Bu gün Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə toplantı keçirib.“Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün bazar günü olmasına baxmayaraq dövlət başçısı işə çıxıb.
Məlumatlara görə, toplantı Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə baş tutub.
Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.
Digər məlumatlara görə, dünən prezident Eldar Mahmudovu vəzifədən azad etməzdən əvvəl onu şəxsən qəbul edib və nazirin yarıtmaz fəaliyyəti faktlarla qarşısına qoyulub.
Məhz həmin ərəfədə də Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən MTN-də əməliyyat keçirildiyi qeyd edilir.
Onu da əlavə edək ki, bu hadisələr dövlət başçısının Qazaxıstan səfərindən geri qayıtmasından dərhal sonra baş verib.
Bütün bunlarla bağlı dövlət qurumları tərəfindən xüsusi açıqlamanın veriləcəyi gözlənilir. Azərbaycan ictimaiyyəti nazirin işdən çıxarılmasının təfərrüatları və baş verənlərlə bağlı məlumatlandırılacaq.


PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASININ FÖVQƏLADƏ TOPLANTISINI ÇAĞIRDI – MTN-də nə baş verir?

Məlumata görə dünən MTN-də əməliyyat keçirildikdənsonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları binanı nəzarətə götürüblər. Və hal-hazırda da nazirlik sözügedən qurumun əməkdaşlarının nəzarəti altında saxlanılır. Lakin bu əməliyyatlar nəticəsində kimlərin saxlanıldığı və əməliyyatın məhz hansı səbəbdən həyata keçirildiyi haqda ictimaiyyətə rəsmi və qeyri-rəsmi heç bir bilgi sızdırılmayıb.
MTN-də baş verənlərlə bağlı cinayət işinin açıldığı da artıq dəqiqləşib. Yaşananlarla bağlı Respublika Prokurorluğunun xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir. İctimaiyyət MTN-də nə baş verənlərlə bağlı rəsmi qurumlar vasitəsilə məlumatlandırılacaq.
Həmçinin artıq dünəndən telefon danışıqlarının dinlənilməsi ilə bağlı müstəsna səlahiyyət MTN-dən alınıb. Amma bu səlahiyyətin MTN-dən bir günlük-sözügedən əməliyyata görə və ya bir dəfəlik alınması isə hələlik məlum deyil.


/nia.az/

Administratorla əlaqə

077 611-55-22

[email protected]