Ölkə

İqbal Məmmədov vətəndaşdan 30 min manat tələb edir – 2 ci hissə.VİDEO

5-06-2016, 12:49
İqbal Məmmədov vətəndaşdan 30 min manat tələb edir – 2 ci hissə.VİDEO

Bir müddət əvvəl Lerik rayonunda redaksiyamıza daxil olan şikayət məktubunu dərc etmişdik. Rayon sakini Əliyeva Kəbirə Murtuz qızının şikayət məktubunda millət vəkili İqbal Məmmədov və ailə üzvləri ilə bağlı ilginc faktlar yer almışdı

Həmin məktubda bildirilirdi ki, Lerikin Piran kəndində fəaliyyət göstərən və İqbal Məmmədova məxsus olan "Lerik Broyler” MMC ("Lebro”) ətraf mühiti çirkləndirmək, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğuldur.

İqbal Məmmədovun atası Nəriman Məmmədov və qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunan "Lerik Broyler” MMC-də hər ay bir dəfə aparılan toyuq kəsimi zamanı tonlarla qanlı su, sakinlərin təsərrüfatına və Lerikdəki Bəşəru çayına axıdılır. Bu çaydan isə sakinlər içməli suya ehtiyacını ödəyir, təsərüfatlarını suvarır. Şikayətçi bildirir ki, artıq kənddəki artezian quyularının suyundan da istifadə etmək mümkün deyil. Çünki quşçuluq fabrikinin ətrafa axıdılan çirkli sularının sızıntısı quyuların da çirklənməsinə səbəb olub.

Millət vəkilinin ailəsinə məxsus broyler şirkəti bununla da kifayətlənmir. Belə ki, hər ay fabrikdə tələf olan yüzlərlə toyuq heç bir təhlükəsizlik tədbiri görülmədən ətrafa atılır. Bu isə kənd sakinlərinə məxsus şəxsi təsərüfatlardakı ev quşları və heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Şikayətçi bildirir ki, İqbal Məmmədovun broylerindəki qanunsuzluqlar hər il təkcə onun təsərüffatına 3 min manatdan artıq ziyan vurur. "Lerik Broyler” MMC-nin ətrafında 40 evin yerləşdiyini nəzərə alsaq, ziyan 100 min manatdan artıq olur.

Sakinlər indiyədək millət vəkilinin qanunsuz əməlləri barədə dəfələrlə aidiyyatı qurumlara şikayət edib. Hər dəfə şikayətlər araşdırılması üzrə yerli qurumlara göndərilib. Lerikin bütün dövlət qurumlarında İqbal Məmmədovun "kadrları” olduğundan heç bir tədbir görülməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də "Lerik Broyler” MMC-ni dəfələrlə cərimələdiyi bildirilir. Amma bu, millət vəkili və ailəsinin qanunsuz əməllərdən əl çəkməsi üçün yetərli olmayıb.

Təbii ki, bütün bunlar təbiətin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olur. Lerik Azərbaycanın dilbər guşələrindən biri, həmçinin uzun ömürlülər diyarı hesab olunur. Amma millət vəkili cibini doldurmaq üçün bu gözəlliyin məhvinə çalışır.

Şirkətdə təhlükəsizlik tədbirlərinin ümumiyyətlə çox aşağı səviyyədə olması işçilərdən birinin faciəli ölümü ilə nəticələnib. Belə ki, "Lerik Broyler” fabrikində elektrik işləyən Vüqar Abbasov elektrik cərəyanı vurması nəticəsində ölüb. Göründüyü kimi, "Lerik broyler” həm kollektivi, həm ətraf mühit, həm də ümumilikdə Lerik üçün cddi təhlükə mənbəyinə çevrilib.

"Lerik Broyler” MMC-dəki qanunsuzluqların mətbuat səhifələrinə çıxarılması millət vəkili İqbal Məmmədovu hiddətləndirib. Bunun nəticəsidir ki, millət vəkili Əliyeva Kəbirə Murtuz qızından məhkəmədə qisas almaq və rayondan didərgin salmaq istəyir.

İddiaçılar – İqbal Məmmədov, atası Nəriman Məmmədov və Nərimanlı Orxan Çingiz oğlu (İqbal Məmmədovun qardaşı Çingiz Məmmədovun qardaşı oğlu) qarşı tərəfdən – Kəbirə Əliyeva və Fəxrəddin Şəfqətovadan 30 min manat təzminat tələb edir. Onlar işgüzar nüfuzlarına xələl gətirmə və böhtan atma iddiaları ilə məhkəməyə müraciət ediblər. Proses iyunun 9-da Lerik rayon Məhkəməsində başlayacaq.

QARŞI TƏRƏFİNDƏ FİKRİNİ DİNLƏMƏYƏ HAZIRIQ.

img001img002img003img004img005

"Lerik Broyler” MMC-dəki qanunsuzluqları əks etdirən görüntüləri yenidən təqdim edirik.

 

 

 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]