Gündəm

Lerikin deputatı yoxa çıxıb.

9-11-2016, 19:23
 
Bu barədə bir qrup seçici yazıb. Onların sözlərinə görə, İqbal Məmmədovun harada olduğu bilinmir. 

Seçicilər qeyd edirlər ki, millət vəkilini tapmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırırlar. Çünki uzun müddətdir ki, deputatdan xəbər-ətər yoxdur. 

Leriklilər ehtimal edirlər ki, ya deputat ölkə hüdudlarından kənardadır, yaxud da başı biznesinə möhkəm qarışıb. Onlar İ.Məmmədovun tapılması üçün köməklik göstərilməsini xahiş edirlər. 

Seçicilər deyirlər ki, deputatdan sarı narahatdırlar və haradadırsa xəbər etsin. Onu nə Milli Məclisin iclaslarında çıxış edən görmək olar, nə tədbirlərdə iştirakını, nə hansısa mövzuda açıqlamasını. Bu da lerikli seçiciləri həyəcanlandırıb. 

2010-cu ildən rayonun deputatı olan İqbal Məmmədov onların harayına çatmır. Artıq 6 ilə yaxındır Lerikdən deputat seçilən bu şəxsin üzünü seçiciləri indiyədək demək olar ki, görməyib. 

Seçicilər onun üzünü sadəcə seçkidən əvvəl gələcəklə bağlı yalan və boş vədlər vermək məqsədi ilə onların qarşısına çıxanda görür. Millət vəkili onların problemləri ilə maraqlanmır, şikayətlərini dinləmir. Əvəzində öz biznesini genişləndirməyə çalışır.

Conflict.az Politika.Az-a istinadən xəbər verir ki, "Kaspi Yıldız” və "Relax” kimi şirkətlərin sahibi olan millət vəkili Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərüfat qurub. 

Rayonun icra başçısı Rövşən Bağırovla yaxın münasibətləri olan deputat Lerikin əksər gəlirli sahələrini öz nəzarətinə keçirib. Hətta vəziyyət o yerə çatıb ki, İqbal Məmmədov vətəndaşın 60 sot torpaq səviyyəsinə belə göz dikmişdi. 

Lerik rayon sakini Eldəniz Quliyev mətbuata müraciət edərək 60 sot torpağının icra başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov tərəfindən zorla əlindən alındığını bildirmişdi. 

Bu, İqbal Məmmədovun adının qarışdığı yeganə qanunsuz əməl deyil. Bir neçə ilə əvvəl rayonun Piran kəndi ərazisindəki beton zavodunda sürücü işləyən Elsevər İbrahimov deputatın qardaşı Çingiz Məmmədov tərəfindən döyülmüşdü. 

Millət vəkillərinin biznes fəaliyyəti ilə məşğul olması qanunlarla qadağan edilsə də, İqbal Məmmədov bu qadağaları kobud şəkildə pozan deputatlardandır. Yanğınsöndürmə balonlarının ölkəyə gətirilməsində ən böyük şirkətlərdən biri də "Kaspi-Yıldız” Azər-Türk MM” - yəni İqbal Məmmədovun şirkətidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]