Ölkə

Bakıda Rusiya səfirliyinin binası mühasirəyə alındı-TƏCİLİ

5-06-2016, 01:24
Bakıda Rusiya səfirliyinin binası mühasirəyə alındı-TƏCİLİ

Daxili İşlər Nazirliyi Bakıda təlimlərə başladı.  Xeberman.com xəbər verir ki, bu gün Bakıdakı Rusiya səfirliyinin ətrafında çox sayda silahlı polis əməkdaşları müşahidə edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov hüquq-mühafizə orqanları əməkdaşlarının səfirliyin ətrafına toplaşmasının təlimlərlə əlaqədar olduğunu bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu gün səhər saat 08 radələrində daxili işlər orqanlarının əməkdaşları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Diplomatik Nümayəndəliyinin ərazisində əvvəlcədən planlaşdırılmış növbəti xüsusi-taktiki təlim məşqi keçiriblər: "Ölkəmizdə fəaliyyət göstərən bütün səfirlik və diplomatik nümayəndəliklərin daha etibarlı mühafizəsini təmin etmək və gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının operativ şəkildə almaq məqsədilə keçirilən təlim məşqi səfirliyin nümayəndələri də izləyiblər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]