Siyasət

İsrail Qarabağa getmiş blogerin işini “malalamaq” istəyir

19-12-2016, 00:13
Minskdə saxlanmış bloger Aleksandr Lapşinin işinə İsrail qarışıb, hansı ki, diplomatik kanallarla Bakı vasitəsilə onun barəsindəki cinayət təqibinin ləğvinə nail olmağa çalışır.

Virtualaz.org bildirir ki, bu barədə İsrail qəzeti "Xaarets" yazır.

Nəşr qeyd edir ki, Aleksandr Lapşınə və onun ailəsinə hüquqi dəstəyi "Sionist ittifaqı”ndan" Kseniya Svetlova göstərir.

Svetlova bildirib ki, keçən həftə o, Aleksandr Lapşinin işinə müdaxilə etmək, onun azad edilməsinə nail olmaq və Azərbaycana ekstradisiya olunmaması xahişi ilə İsrailin Xarici İşlər Nazirliyinə müraciət edib.

"Xaarets" yazır ki, Svetlovanın xahişi ilə İsrail səfirliyinin nümayəndələri Minskdə Lapşinin xanımı ilə görüşüblər. Səfirliyin əməkdaşları tezliklə Lapşinin özünə baş çəkməli və onun saxlanma şəraiti ilə tanış olmalıdırlar.

"Mən Xarici İşlər Nazirliyinə müraciət edərək onlardan Lapşınə kömək etmələrini xahiş etdim, çünki onlar İsrail vətəndaşlarına kömək etməyə borcludurlar. Amma mən hiss edirəm ki, iş çox ləng gedir. Orada Lapşinin Azərbaycana ekstradisiyası üçün real təhlükə var və mən ümid edirəm ki, Xarici İşlər Nazirliyi buna yol verməmək üçün özünün bütün imkanlarından istifadə edəcək", - o deyib.

Eyni zamanda, "Xaarets" Xarici İşlər Nazirliyinin nümayəndələrinə istinadən yazır ki, İsrailin xarici siyasət idarəsi "işi sakitcə "malalamaq” üçün" Azərbaycan hökuməti ilə diplomatik əlaqələri ehtiyatla qaydaya salıb.


"Biz azərbaycanlılardan bunu unutmağı xahiş edirik, amma bu o qədər də sadə deyil", - deyə İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi nəşrə bildirib.

İsrailin Xarici İşlər Nazirliyi narahatdır ki, blogerin həbsi İsrail və Azərbaycan arasında münasibətlərdə gərginlik yarada bilər.

"Xaarets" həmçinin xatırladır ki, Lapşin Minskdə baş nazir Binyamin Netanyahunun Bakı səfərindən cəmi bir gün sonra saxlanılıb.

"Hələ aydın deyil ki, Bakıda onun həbsinə order verilərkən Lapşinin İsrail vətəndaşı olduğunu bilirdilər ya yox. Bakının bütün rəsmi bəyanatlarında o, Rusiya və ya Ukrayna vətəndaşı kimi xatırlanır", - deyə nəşr vurğulayır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]