Ölkə

BDU-da ölkəni silkələyəcək – Qanunsuzluqlar

2-06-2016, 13:52
Ölkənin ən aparıcı ali məktəbində inanılmaz təhsil cinayətinə yol verilib.

Belə ki, Bakı Dövlət Universitetində korrupsiya faktları barəsində ilginc məlumatlar daxil olub.

Respublikanın ən yaşlı ali təhsil müəsisəsi Bakı Dövlət Universitetində ölkə qanunları və təhsil prinsiplərindən kənar bir sistem hökm sürdüyü barədə sensasion dosye əlimizə keçib.

Həmin materiallardan görünür ki, prezident İlham Əliyevin etimadından sui-istifadə halları artıq bu təhsil ocağında da baş tutub. Əlimizdə olan faktlarda BDU rəhbərliyində bir qrup şəxsin qanunsuz əməlləri sərhəd tanımadığı öz əksini tapıb.

Sözügedən dəstə üzvləri BDU-da yüksək post tutmalarına güvənib öz qanunsuzluqlarını o qədər genişləndiriblər ki, tək Azərbaycan üçün deyil, bir çox xarici ölkələrin də tanınmış şəxsiyyətlərinin yetişməsində mühüm rol oynayan bir təhsil müəsisəsi bu gün özünün tənəzzül dövrünü yaşayır.

BDU rəhbərliyinin dəhşət doğuran qanunsuzluqları ifşa edən faktları növbəti yazıda təqdim edəcəyik. Sabahkı yazımızda biləcəksiniz ki, kimlər BDU-da baş verən qanunsuzluqlara imza atıb.

Bundan başqa, istər universitet rəhbərliyində, istərsə də digər şəxslərin BDU-da ölkəni lərzəyə salan cinayət əməllərinin şok siyahısındakı adlar açıqlanacaq. Ölkəni təhsilində hansı özbaşınalıqlar və BDU-da kimlərin əli ilə ağılasığmaz qanunsuzluqlar edildiyi haqda artıq ölkə rəhbərliyinə də məlumat veriləcək.

BDU kimi nüfuzlu ali təhsil ocağını gözdən salan bu şəxslərin əməlləri heç bir ölçüyə sığmır. Məhz bu haqda sabahkı sayımızda səhih və təkzibolunmaz məlumatlarla tanış olacaqsınız. Ölkə və BDU təhsilinə başıucalığı gətirməyən məlum özbaşınalıqların ifşasından sonra güman olunur ki, müvafiq qurumlar hərəkətə keçəcək.

BDU-da ölkəni silkələyəcək – Qanunsuzluqlar

Administratorla əlaqə

077 611-55-22

[email protected]