Ölkə

Hərbi hissəyə qarşı təxribatın arxasında kim durur ?

27-04-2016, 16:28
Hərbi hissəyə qarşı təxribatın arxasında kim durur ?Aprel ayının  əvvəlində  növbəti erməni təxribatı nəticəsində atəşkəsin pozulması və ordumuzun  layiqli cavabı nəticəsində düşmənin geri addım atması və bizi bəzi strateji yüksəkliklər ələ keçirməmizə səbəb oldu. Ordumuz qürurumuz, Şəhidlərimiz ən əzizlərimiz kimi qarşılandı. Bir sözlə 7-dən 70-ə hər kəs əsgərimizə dəstək oldu. Müdafə Nazirliyinin  ehtiyac yoxdur deməyinə baxmayaraq hər kəs əsgərlərimizə maddi yardımlar etməyə çalışdı. Regionlar əsərlərimizə dəstəkdə sanki yarışa girmişdi.Xeberman.com saytının elktorun unvanına göndərilən məlumata görə,  belə bir məqamda  Azərişıq  ASC -nin Cəlilabad rayon şöbəsinin direktoru Aydın Məmmədovun həmin rayonun Göytəpə şəhərində yerləşən N saylı hərbi hissədə elektirik enerjisini kəsməsinə nə ad vermək olar ? Elektrik enerjisinin kəsilməsi ilə hərbi şəhərcikdə içməli su problemi yaradan Aydın Məmmədovdan bunun səbəbin soruşduqda bizə verdiyi cavab bu oldu ki, hərbi şəhrcikdə 5- 6 nəfərin borcuna görə bütün hərbi hissənin işığını kəsib və bunun məsuliyyətini ta üzərinə götürür. Aydın müəllimə 5-6  nəfərə görə hamının işığını kəsməyin nə qədər doğru olduğunu və haradan bilirsiniz bəlkə həmin adamlar bəlkə ya şəhid ya qazi olubdur buna nə cavab verəcəksiniz deməyimizə , əcəb edirəm deyərək telefonu söndürdü. 
  Mənə elə gəlir ki , bu bir təxribat və sobatajdır və yəqin araşdırılsa arxasında bəlkədə hansısa kənar xüsusi xidmət orqanlarının izlərinə də rast gəlmək olar. Yoxsa bu cür məsuliyyətsizliyə heç kim cəsarət etməzdir .Ümüdvarıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəsizi General-leytenant  Mədəd Quliyev  bu məsələni ciddi araşdırılmasına göztəriş verəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]