Əsas Səhifə / Ölkə

Cəlilabadda icra nümayindəsi sələmə pul verir?

31-12-2015, 22:56
Cəlilabadda icra nümayindəsi sələmə pul verir?Cəlilabad rayonu Şabanlı kənd icra nümayindəsi rayon sakinlərinə sələmə pul verdiyi haqda dosye.org-a ilginc məlumat daxil olub. Belə ki, icra nümayindəsi İlqar Mirzəyev ehtiyacı olanlara və hər hansı probleminin həlli istiqamətində lazımı pul vəsaitini ona müraciət edən rayon sakininə "faizlə” verir.

Bunun müqabilində İlqar Mirzəyev həmən vətəndaşdan qızıl-zinət əşyası və yaxud digər sənətlər girov qismintə təhvil alır. Redaksiyamıza məlumat verən mənbənin məlumatına görə, Tovuzda N saylı hərbi hissədə xidmət edən, 6 yanvar 2014-cü ildə Cəlilabad rayonundan hərbi xidmətə yollanmış 19 yaşlı əsgər Tarverdiyev Çingiz Aydın oğlunun başına gələn müsübətdən sonra pula ehtiyac olunur.

Məlum hadisəni ona görə xatırladıq ki, İlqar Mirzəyev Cəlilabadda kafelərin birində Aydın Tarverdiyevin pensiya kartını alaraq ona sələmlə pul verib. Rayonda maddi vəziyyəti heç də yaxşı olmayan kənd sakini Aydın Tarverdiyev qəflətən pensiya kartını geri tələb edir. Sonda aralarında mübahisə İlqar Mirzəyevin vətəndaşdan aldığı pensiya kartını geri qaytarmaqla nəticələnir.

Məlumatın nə qədər real-olub olmadığını araşdırmağa üstünlük verdik. Söhbət zamanı Aydın Tarverdiyevin yanında jurnalistin olduğunu ağlına belə gətirməyən icra nümayindəsi sonradan pulunu geri ala bilir. Lakin xırda məmurun rayonda sələmlə pul verdiyi olduqca açınacaqlı durum kimi hesablanmalıdır. Digər tərəfdən qeyri-qanunu yolla vətəndaşlardan sənət götürmək və girov saxlamaq özü bir cinayətdir. //dosye.org//

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]