Ölkə

Allahın aydınlandırdığı min aydan xeyirli "əhya gecəsi", Azərişığın Aydını tərəfindən qaranlığa qərq edildi

26-06-2016, 19:45
Allahın aydınlandırdığı min aydan xeyirli "əhya gecəsi", Azərişığın Aydını tərəfindən qaranlığa qərq edildiCəlilabad rayon Azərişıq ASC-nə təyin olunmuş Aydın Məmmədov sözün əsl mənasında rayonun çırağını söndürüb. Bir neçə abonent ödəməni gecikdirməsinə görə qanunsuz olaraq bütün küçənin işiğını kəsməsi ilə gündəmə gələn Aydın Məmmədov rayonun üzünü heçdə aydınlatmadı. Hər gün bir az da irəli gedən Azərişıq rəhbəri rayonun bir neçə kəndinin məscidinin, hərbi hissənin və hətta Ulu Öndərin adını daşıyan parkın işığını da kəsməkdən çəkinmədi. Hər gün ən azı 30-40 dəfə  işıqların yandırılıb-söndürülməsindən məişət əşyalarının yanmasından tutmuş , ərzaq məhsullarının xarab olmasına və hətta bunun nəticəsində qonşu kəndlərin birində kasıb ailənin evi yanıb külə döndü. Müqəddəs Ramazan ayının gəlişi ilə düşünürdük ki, bu ayın hörmətinə daha işıqlarımız sönməz .amma  əksinə iftar və imsak vaxtı işıqları elə bil qəstən söndürənlər Allahın min  aydan xeyirli olan Qədr Gecəsində  də  Allahın aydınlandırdığı  gecəni zülmətə qərq etdilər. Bütün bu proseslərə isə Göytəpə şəhər İcra Nümayəndəsi tərəfindən reaksiya verilmir . Heç elə bil bu posta heç kim təyin olunmayıb. Əslində rayon tabeli olan bu şəhərdə son zamanlar hər küçədə ticarətlə məşğul olanların əlindən hərəkətin çətinləşdyini və hətta Yanğınsöndürən  və təcili yardım avtomobilinin gediş -gəlişinin məhdudlaşdırılmasına səbəb olan küçə ticarəti buna əsas verir ki belə düşünək. Amma sən demə belə yerərdə ticarətlə məşğul olanları himayə edən  Şəhər İcra Nümayəndəsi  Aftandil Məmmədov özüdür. Yoxsa kim özbaşna bu yerlərdə ticarətlə məşğul ola bilərdi. Amma o da inandırıcı deyil ki, Aftandil müəllim gündəlik əlli qəpiyə görə bu boyda qanun pozuntusuna yol verə. İnanıram ki, problem ictimailəşəndən sonra dərhal reaksiya verilib həm tez-tez  işıqların sönməsi və xəstəxana yolunun təmizlənməsi problemi həll olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]