Ölkə

Güzdəkdə elektrik kəsildi, aləm qarışdı

1-04-2016, 16:44
Güzdəkdə elektrik kəsildi, aləm qarışdı
Abşeron rayon, Aşağı Güzdək qəsəbəsinin sakinləri mənzillərə elektrik enerjisinin fasilələrlə verilməsindən şikayətçidirlər. Bu barədə Bizimyol.info-ya qəsəbə sakinləri məlumat veriblər. 
Onların sözlərinə görə, hər gün günorta saat 2-dən etibarən elektrik enerjisinin verilməsi dayandırılır. Yalnız axşam saat 8-də müəyyən işlər aparıldıqdan sonra enerjinin verilməsi bərpa olunur. Dünən gün ərzində elektrik enerjisinin olmaması nəticəsində əhali təşvişə düşüb. Soyuq və qaranlıq otaqlarda yaşamağa məcbur qalan sakinlərdən hətta aclıq çəkənlər olub.
Qəsəbənin bir qrup sakini problemlə bağlı "Azərenerji" ASC-yə müraciət etsələr də, nəticəsiz qalıb. Sakinlərə "Sizin probleminizdən xəbərimiz var. Tezliklə həll olunacaq" - deyə ASC-dən bildirilib. 
Sakinlərin sözlərinə görə, hər il qış aylarında onlar eyni problemlə qarşılaşırlar. Evlərdə kombi sistemi olduğundan elektrik enerjisi verilmədiyi halda soyuqda qalırlar. Həmçinin, telefon, internet xidmətlərindən də istifadə etmək mümkün olmur.
"Azərenerji" ASC mətbuat xidmətindən Bizimyol.info-ya bildirdilər ki, məsələ qısa zamanda araşdırılacaq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]