Ölkə

Ulu Yol Gənclər Təşkilatı Xalqı təbrik etdi

20-03-2016, 23:35
Ulu Yol Gənclər Təşkilatı Xalqı təbrik etdi

Ulu Yol Gənclər Təşkilatı Novruz bayramı münasibətilə Xalqı Təbrik etdi.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər,Sizlərin hər birinizi bu bayram münasibətilə səmimi qəlbdən təbrik edir,özünüz,ailəniz,millətimiz üçün etmək istəklərinizi yaxın zamanda həyata keçirməyi arzu edirik.Novruz bayramı tarixi bayram olaraq bütün məhrumiyyətlərə baxmayaraq bu gününümüzə qorunub,saxlanmışdır.Və bu bayram Azərbaycanımızda xüsusilə qeyd olunan Baharın gəlişi ,torpağın oyanışı eləcədə düşüncələrimizdə oyanış yaradacağına ümid edirik.Bu gün ölkəmizdə insanımız bu bayramı heç də tam könül açıqlığı ilə keçirə bilmir.Buna səbəb gündəlik qayğılar,kredit borcları,azad düşüncəli- xalqın rifahı üçün vuruşan insanların zindanda olması və ən əsas da torpaqlarımızın işğal altında olmasıdır.Qarşıda çətin,şərəfli, məsuliyyətli yolumuz var.Bu yolda hər bir insana Azərbaycanın bütövlüyü,insan hüquq və azadlıqlarının təmin olunması ,ədalətli cəmiyyətdə yaşamağınını arzu edirik.
Bir daha Novruz bayramı münasibətilə təbrik edir,Novruzun qədəmləri Xalqımıza düşərli olsun.Hər bir evə sevinc,bol ruzi,sağlam can və əsas olan azad-demokratik cəmiyyətdə yaşaması arzusuyla"
 
 Ulu Yol Gənclər Təşkilatı idarə heyəti

Administratorla əlaqə

077 611-55-22

[email protected]