Yaşam

Ulu Yol Gənclər Təşkilatı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

7-07-2016, 01:58

Ulu Yol Gənclər Təşkilatı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.


Təbrikdə deyilir:


"Əziz həmvətənlər!
Sizləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik. Allah-Təala sizlərə sağlam can,uzun ömür,bol ruzi,sağlam mühitdə yaşamaq nəsib etsin.Müqəddəs kitabımız Qurani-Kərim məhz bu ayda gəlişi bir daha Ramazanın Allah dərgahında önəmli ay olduğun isbat edir.Allah -Təala bu aya xatir sərgərdə Vətən torpaqların qoruyan əsgər-zabitlərimizi qorusun, şəhid olmuş oğullarımıza rəhmət diləyirik.Bu aya xatir tezliklə məcburi kökünlərimiz öz ata-baba ocaqlarına qayıdar.

Ulu Yol Gənclər Təşkilatı bütün dünya müsəlmanlarını,Türk dünyasını təbrik edir.Allah Təala həqiqi İslamın yer üzündə bərqərar olmasına yardımçı olsun.Bu müqəddəs günlərdə belə İslam ölkələrində müəyyən qruplaşmaların törətdiyi terror aktların qətiyyətlə pisləyirik.İslam dünyası ortaq bir mövqedən çıxış etməyənə qədər bu kimi bəlalardan qaça bilməyəcik.Son bir həftə ərzində- Suriyanın Əl-Xasaka şəhərində  terrorçu-kamikadze özünü partladıb, nəticədə azı 30 nəfər həlak oldu,Şənbə günü Bağdadda törədilən terror aktında 200 nəfər həyatın itirmişdi,Türkiyədə hava limanında terrorda 45 insan həlak oldu,239-u yaralandı.Mədinə şəhəri "Əl Məscid əl Nəbəvi"məscidinin qarşısındakı teraktda 4 nəfər həlak oldu,5 nəfər yaralandı.Suriyanın şimalında ,Türkiyə ilə sərhədin yaxınlığında yerləşən Türkmən dağında qızğın döyüşlər gedir.Orada həlak olanlar türk qardaşlarımızdı.Sadaladıqlarımız bu müqəddəs ayda müəlman,türk qardaşlarımızın başına gətirilən faciələrin bir qismidir.Allah bu aya xatir müsəlman ölkələri üzərindən qara buludu tezliklə çəksin,İnşaallah.


Allah-Təala haqq yolda olan,haqq naminə yaşayan,həyatın Azərbaycanımızın inkişafı,rifahı üzərində quranlara yardımçı olsun.Xalqımızın ortaq dualarına bizdə amin deyirik.

Bir daha bütün xalqımızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik.

Ulu Yol Gənclər Təşkilatı idarə heyəti

Administratorla əlaqə

077 611-55-22

[email protected]