Ölkə

NOTARİAT KONTORU XARİCDƏ OLAN VƏTƏNDAŞIN ƏMLAKINI BAŞQASINA SATIB – ŞOK MAXİNASİYA

13-03-2016, 16:01
Ölkədə fəaliyyət göstərən iki notariat kontorunun birgə "işbirliyi” nəticəsində meydana çıxan fırıldaqla bağlı maraqlı məlumat daxil olub. 

Belə ki, Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanındakı, Məmmədov İlqar Aydın oğlu adlı şəxsin rəhbərlik etdiyi 11 saylı notariat kantoru qəribə qanunsuzluğa imza atıb. Ölkənin hüdudlarından kənarda olduğu halda, Fətiyev Telman adlı şəxsin adından başqasına etibarnamə verilib. Sonra da həmin etibarnamənin əsasında Sumqayıt şəhəri 3-cü mkr. 3/58 mənzil 1-dəki, Rüstəmov Cəmaləddin Qüdrət oğlunun rəisi olduğu 4 saylı notariat kantoru vasitəsilə xaricdə olan vətəndaşa məxsus avtomobilin alqı-satqısı həyata keçirilib.
Məlumata görə, Fətiyev Telman notariat kontorlarının onun başına açdıqları fırıldaqla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Həmin iddia arzəsi məhkəmənin icraatına götürülüb.
Məlum olub ki, barəsində şikayət edilən 11 saylı notariat kontorunun rəisi Məmmədov İlqar mediaya və siyasi çevrələrə tanış adamdı. Sən demə, imzası daha çox İlqar Avşar kimi cəmiyyətə tanış olan bu şəxs radikal müxalifət mövqeyindən geri çəkildikdən sonra, notariat sahəsində çalışırmış.\Azinforum.az\

Administratorla əlaqə

077 611-55-22

[email protected]