Əsas Səhifə / Ölkə

Gəncə MERO-nun rəisinin adı SAXTA SƏNƏD qalmaqalında

18-01-2016, 17:58

«2015-ci ilin sentyabrında Kəpəz rayon məhkəməsi iclasında iştirak etməyim üçün mənə bildiriş təqdim etdi».

Taryel Məmmədovun Gəncə sakininin əliylə maşınları üçüncü şəxslərə satdırdığı məsələsi məhkəmyə çıxarılıb; Ağaqulu Səfərov: «Özümü öldürmək həddinə çatmışam»

Ucar rayonunun, Alpout kənd sakini Ağaqulu Səfərov özünü öldürmək həddinə qədər çatdığını bildirib. JAM.AZ-a göndərdiyi məktubunda rayon sakini qeyd edib ki, bu həddə çatmasının səbəbkarı Gəncə 9 saylı Rayonlarararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tariyel Məmmədovun törətdiyi əməldir.

Səfərov bildirir ki, 13.06.2015-ci il tarixdə Sumqayıt sakini olan Mehdiyev Rəşad İbrahim oğlundan 99 GZ 932 dövlət nişanlı «Ford Transit» avtomobilini 11.000 manata alıb. «Maşını mənim adıma rəsmiləşdirib, 99 XK 661 dövlət nömrə nişanı verildi. 2015-ci ilin sentyabrında Kəpəz rayon məhkəməsi iclasında iştirak etməyim üçün mənə bildiriş təqdim etdi.

Məhkəmə iclasında xəbər tutdum ki, Gəncə şəhər sakini Abbaslı Şamil Məhəmməd oğlu məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, 99 GZ 932 nömrə nişanlı « Ford Transit» markalı avtomobil ona məxsus olmuş, tanıdığı Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlu onun etibarından sui istifadə edərək həmin maşını təmir etdirib alacağını bildirib. Ona 3000 manat beh verib, sonra həmin avtomaşına saxtakarlıqla etibarnamə düzəltdirib bundan sonra himayədarı dəfələrlə əlbir olub belə cinayət əməllərini həyata keçirdiyi 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə avtomobili adına sənədləşdirib Rəşad Mehdiyevin adına. Sonuncu isə mənə satıb maşını».

Ucar sakini bildirir ki, Seymur Rzayev eyni vaxtda Şamil Abbaslıya məxsus iki avtomobili etibardan sui istifadə edərək ələ keçirib, saxta etibarnamə ilə Tariyel Məmmədovun köməkliyi ilə sənədləşdirib. «Həmin avtomobillərin ikincisini isə Qubadlı rayonundan olan məcburi köçkün Həsənov Mübariz Həsən oğluna satıb. Kəpəz rayon Məhkəməsi iddianı təmin edib. Hər iki avtomobillərin alqı-satqı və qeydiyyat sənədlərini etibarsız hesab edərək, iddiaçı Şamil Abbaslıya qaytarılmasına dair 19.11.2015-ci il tarixdə qətnamə çıxarıb».

Ağaqulu Səfərov iddia edir ki, 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi Tariyel Məmmədov özünü və himayə etdiyi Seymur Rzayevi cinayət məsuliyyətindən yayındırmaq üçün məhkəməyə küllü miqdarda rüşvət verib. «Buna görə də hər ikisinin, Tariyel Məmmədovun və Seymur Rzayevin əməllərində cinayət tərkibinin olmasına baxmayaraq, Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov onların barəsində qanunu tədbirlər görülməsinə dair xüsusi qərar çıxarmayıb. Bu necə olur ki, etibardan sui-istifadə edib hər birinin dəyəri 10 000 manatdan çox olan iki avtomobili dələduzluq və saxtakarlıqla sənədləşdirən iki nəfər şəxsin barəsində heç bir tədbir görülmür?»

Ağaqulu Səfərov sonda DİN başçısı Ramil Usubova müraciət edərək, ondan da kömək istəyib. O bildirib ki, cənab nazirin ədalətli şəkildə məsələnin həllinə yardımçı olacağına böyük ümidlər bəsləyir.

Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. (JAM.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]